Icma.az
close
up
RU
Həkim olmaq istəyirik Qəbul imtahanında maksimum bal toplayanlar

Həkim olmaq istəyirik Qəbul imtahanında maksimum bal toplayanlar

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fidan Əliyeva və Ləman Əliyeva da iyunun 1-də keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə maksimum nəticə - 400 bal toplayan abituriyentlərdəndir. 

Modern.az xəbər verir ki, “Azərbaycan müəllimi” uğurlu məzunlarla həmsöhbət olub, onların təəssüratlarını öyrənib.

Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyin məzunu Fidan Əliyeva bildirir ki, uşaqlıqdan texniki və təbiət fənlərinə marağı böyük olub, xüsusilə riyaziyyata daha çox həvəs göstərib: “Anamın riyaziyyat və informatika müəllimi olması və aşağı siniflərdən o fənni mənə sevdirməsi uğurlarımın əsas səbəblərindəndir. 10 və 11-ci siniflərə qədər riyaziyyat fənnindən bir sıra olimpiada və müsabiqələrdə iştirak etmişəm. SDU-nun keçirdiyi bilik yarışmalarında ardıcıl olaraq 3 dəfə 3-cü yeri tutmuşam. 10 və 11-ci siniflərdə bütün diqqətimi ancaq dərslərimə yönəltmişəm”. 

Uğurlu abituriyent qəbul imtahanında yüksək nəticə əldə etməyinin başlıca səbəbini bu yolda ona dəstək olan müəllim və valideynlərinin dəstəyi ilə əlaqələndirir: “Digər amil isə planlı və məqsədli çalışmaqdır. Nəticəmi eşidəndə ona görə sevindim ki, valideynlərimin və müəllimlərimin etimadını doğrulda bildim. Bu hiss ifadə edilə bilməyəcək qədər gözəldir, hər kəsə bu sevinci yaşamağı arzu edirəm!”.

Fidanın sözlərinə görə, bugünkü sevinc hissi onu daha böyük uğur qazanmağa ruhlandırır: “Gələcəkdə Vətənimə, millətimə faydalı, xeyirli kadrlardan olmaq istəyirəm. Mən Azərbaycan Tibb Universitetində təhsilimi davam etdirmək istəyirəm”.

Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin məzunu Ləman Əliyeva qeyd edir ki, 8-ci sinifdən bașlayaraq müxtəlif fənlər üzrə olimpiadalarda iştirak edib, ancaq finala qədər gəlib çata bilməyib: “Ən sevimli fənnim kimya olub, kimyanın məntiqini müəyyən qədər tutduğumdan ișləmək əyləncəli olurdu. 10-cu sinifdən bașlayaraq ciddi șəkildə blok fənlərinə hazırlașmağa başladım. Biologiyanı çox təkrarlayırdım, kimya və fizikadan çoxlu sınaq testləri ișləyirdim. Kimyadan daha yuxarı səviyyəli tapşırıqlar ișləmişəm, özümü ən çətin imtahanlara hazırlamağa çalıșmışam. Qəbul imtahanında da cavabları tez yazdım, onları 2 dəfə yoxladım, çünkü əsas məsələ diqqət idi”.

Müəllimlərinin əməyini xüsusi dəyərləndirən istedadlı məzun onların və valideynlərinin inamını doğrultduğu üçün qürur duyduğunu, bundan sonra da təhsilinə böyük önəm verəcəyini dilə gətirir: “Çox sevincliyəm və qürur hiss edirəm. Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisasına qəbul olub, həkim olmaq istəyirəm. Bu nəticə özümü inkişaf etdirməyə olan marağı daha da artırır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 01:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri