Icma.az
close
up
RU
Həkim səhvi ucbatından komaya düşən qazi küçələrdə qaldı VİDEO/FOTO

Həkim səhvi ucbatından komaya düşən qazi küçələrdə qaldı VİDEO/FOTO

Icma.az bildirir, Bakupost portalına istinadən.


Xəbər verdiyimiz kimi, Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov Ucar Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı səbəbindən “tükdönməsi” əməliyyatından sonra komaya düşüb.

Daha sonra xəstə Abşeron Rayon Mərkəzi Xəstəxanasına köçürülüb. Burada göstərilən səylər nəticəsində qazimizin vəziyyətində az da olsa, stabillik əldə edilib. Həkimlər bildirirlər ki, onun yaşaması və tam sağalması üçün xüsusi müalicə və uzunmüddətli reabilitasiya zəruridir.

Bu məqsədlə Sübhan Hüseynov Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanasına yönləndirilib. Lakin bu tibb müəssisəsi qazimizi qəbul etməkdən imtina edib. Səbəb kimi onlara köçürülmə barədə məlumatın daxil olmadığı bildirilib.

Sübhan Hüseynovun qardaşının Bakupost.qaz -a bildirdiyinə görə, qazinin həyatı üçün vacib olan müalicə prosesi ləngiyir, onu qəbul edən yoxdur:

“Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanası deyir ki, bizdə bu xəstəyə baxmaq üçün heç bir şərait yoxdur. Ümumiyyətlə, xəstəni qəbul edə bilmirik. Biz müşahidə etdik ki, həmin xəstəxana 60-80 yaş aralığında insanların sanatoriya kimi qalıb müalicə aldığı bir yerdir. Çarəsiz vəziyyətdəyik, xəstə yollarda qalıb, vəziyyəti daha da pisləşir. Yenidən onu Abşeron Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdik. Onların heç bir səhvi yoxdur. Bundan sonrakı müalicə Abşeron Rayon Mərkəzi Xəstəxanasında davam etdirilə bilməz, xəstə köçürülməlidir. İndi bilmirik hara müraciət edək ki, əldə olunan nəticə yarımçıq qalmasın. Hələ də yekun nəticə yoxdur".

Xəstənin yaxınları TƏBİB ilə də əlaqə saxlayıb və bildiriblər ki, göndəriş verilib, lakin xəstəxana xəstəni qəbul etməyib. Qurumdan məsələyə heç bir reaksiya verilməyib.

Vətən uğrunda canını əsirgəməyən qazinin sağlamlığına bu cür münasibət nə insanlığa, nə də ölkə qanunlarına uyğun gəlmir. Vətəndaşların müalicəsinə cavabdeh olan orqanların məsuliyyəti üzərindən atması təəssüf doğurur. Bu, onların təkcə bir insanın taleyinə biganəliyi kimi deyil, bütövlükdə topluma münasibəti kimi dəyərləndirilir və səhiyyə xidmətinə ümumi ictimai etimadı sarsıdır.


Aysel,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 İyun 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri