Icma.az
close
up
RU
Həkim: Sızanaqlar bu xəstəliyin göstəricisi ola bilər

Həkim: Sızanaqlar bu xəstəliyin göstəricisi ola bilər

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sızanaqlar tam şəkildə keçmirsə və daim təkrarlanırsa, bu hal insulinrezistentlik və digər sağlamlıq problemlərindən xəbər verə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə dermatoloq, veneroloq, mikoloq və trixoloq Dmitri Ellinski “gazeta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, dəri iltihabı müəyyən dövr üzrə inkişaf edir: dəri həddindən artıq, bəzən isə keyfiyyətsiz piy ifraz edir, məsamələr daha asan tutulur, yağ vəzilərində iltihab yaranır və nəticədə yeni səpgilər əmələ gəlir.
“Problem yalnız ‘çirkli dəri’ və ya düzgün olmayan qulluqla bağlı deyil. Burada mikro və makronutrient çatışmazlığı, xroniki zəif intensivlikli iltihab (ən çox rast gəlinən nümunə insulinrezistentlikdir), hormonal dəyişikliklər və xronobioloji ritmlərin pozulması mühüm rol oynayır”, – deyə həkim vurğulayıb.
Ellinskinin fikrincə, təmiz dəriyə nail olmaq üçün səbəblər fərdi şəkildə araşdırılmalıdır. Ən yaxşı nəticə “möcüzəvi krem”dən deyil, həyat tərzini, qidalanmanı, fərdi seçilmiş xarici qulluq vasitələrini, mövcud səpgilərin müalicəsini və tetikleyici amillərin nəzarətdə saxlanmasını əhatə edən kompleks yanaşmadan əldə edilir.
“Hər bir insanda səbəblər fərqli ola bilər: kimdə insulinrezistentlik və hormonal təsirlər, kimdə stress və iltihabı artıran qidalanma, bəzən isə bir neçə faktorun birləşməsi müşahidə olunur. Davamlı iltihabların dəqiq səbəblərini yalnız həkim müəyyən edə bilər”, – deyə o qeyd edib.
Həkim əlavə edib ki, bəzi hallarda spesifik qida məhsullarına qarşı anticisimləri müəyyən edən Food Xplorer adlı analiz təyin oluna bilər. Onun sözlərinə görə, xroniki dəri problemləri olan bir çox pasiyentdə “sızan bağırsaq” (leaky gut) adlandırılan vəziyyət müşahidə olunur. Bu zaman bağırsağın keçiriciliyi artır, bəzi maddələr qana keçərək immun cavab yaradır. Analiz nəticələrinə əsasən həmin qidaların rasiondan çıxarılması aknenin kəskinləşmə riskini azalda və uzunmüddətli remissiyaya kömək edə bilər.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri