Icma.az
close
up
RU
Həkim tapmayacağıq... Tanınmış kardioloqdan ÇAĞIRIŞ

Həkim tapmayacağıq... Tanınmış kardioloqdan ÇAĞIRIŞ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Tanınmış kardioloq Üzeyir Rəhimov pasiyent ölümləri ilə bağlı həkimlərin məsuliyyətə cəlb olunması haqqında paylaşım edib.

Modern.az xəbər verir ki, o, bununla bağlı feysbuk hesabında yazıb:

“2023-cü ildə azərbaycanlı 1400 həkimin çalışmaq üçün bütün bariyerləri keçib Almaniyada fəaliyyətə başladığı barədə bir yazı paylaşmışdım. Götürdüyüm statistika 2022-ci ilin idi. Bu sadəcə Almaniyadakı həkimlərimizin sayıdır. Bir həkimin yetişməsi 1 milyon USD-yə başa gəlir ki, bunu da 1400-ə vurduğunuzda ölkənin beyinlə bərabər nə qədər vəsait itirdiyini də sizlər hesablayın. Düşünürdüm ki, beyin köçünün qarşısını almaq üçün bəzi addımlar atılacaq. Amma…”

Həkim əlavə edib ki, dünyanın hər yerində universitetə qəbul imtahanlarında ən yüksək giriş balı tibb təhsilində olur. Məhz bu səbəbdən də bütün ölkələrdə ən çalışqan və zəkilər bu ixtisasa yiyələnir:

“Son 20 ildə tibb universitetimizdəki oğlan sayı ciddi azalıb, çünki əksəriyyəti Türkiyəyə və s. gedirlər. Burada oxuyanlar Azərbaycanın ən zəki, amma maddi vəziyyət və başqa səbəblərə görə xaricə gedə bilməyənlərdir. Yenə bu qalan hissənin böyük qismi 6 illik tibb təhsilindən sonra qardaş Türkiyəyə və digər ölkələrə üz tuturlar. Ona görə də rezidentura zamanı yetərincə həkim olmur. Rezidenturanı burada bitirmək məcburiyyətində qalanların bir qismi də bütün vasitələrə əl ataraq ölkədən çıxırlar. Bir də yeni nəsil artıq rahat həyat istəyir ki, həkimlikdə bu heç vaxt olmur. Buna xarici ölkələrə üz tutan övladlarımızın orada əcnəbilərlə ailə həyatı qurub ölkə demoqrafiyasına təsirini də əlavə etsək, faciənin həcmi aydın olar, yəqin. Başda bu məni narahat edirdi, ölkəmizə və xalqımıza xidmət edə bilərlərdi. Amma məqalənin sonunda və son gün olan hadisədən sonra bütün bu gənclərə, övladlarımıza haqq verəcəksiniz”.

Tanınmış həkim həmkarlarının iş prosesi zamanı üzləşdiyi sosial problemləri xüsusi vurğulayıb:

“Bütün günü şikayətlə dolu insanları dinləmək, bəzilərini sağalda bilməmək, bəzilərini itirmək, bəzən döyülmək, sosial mediada hər zaman söyülməklərlə sizləri yormaq istəmirəm. Hər ölən xəstəmlə bir parçam ölüb, günlərcə “daha nə edə bilərdik?” suallarımla içimi yemişəm. Buna rəğmən yenə də ölkəm üçün bir şeylər etməyə çalışmışam. Bu arada əksər həkimlərin həkimdən başqa dostu yoxdur və bir araya gəldiklərində də ancaq və ancaq tibbdən danışırlar. Yəni asosial insanlarıq və həyatımız ortalamadan qısa olur.

Bütün bunların üzərinə bir də bir həkimin həbs edilməsi mənim gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi. Ürək həkimi olduğum üçün çox xəstə itirmişəm, əfsuslar olsun ki, bundan sonra da itirəcəm, bütün həkimlərin əlində ağırlaşmalar və ölümlər olacaq. Sonunda bir bəndəyik və nə qədər əlləşsək də, hər kəsi qurtara bilmərik. Buna görə məni həbs etsələr, yəqin ki ömürlük verməlidirlər.

Bu işin sonunda artıq həkimlər çətin və ağır xəstələri almayacaqlar (həyatını qurtardığımız qrup isə bu qrupdur). Bu ölümlərin artmasına, ömrün qısalmasına səbəb olacaq. Xarici ölkələrə üz tutan həkim sayı daha da artacaq. Və geri dönməyəcəklər. Tibb universitetindəki tələbə sayı da azalacaq, bir sözlə, həkim tapmayacağıq.

Papağımızı qabağımıza qoyub son dəfə düşünməliyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Yanvar 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see338

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see270

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see234

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see227

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see199

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see188

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see186

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see184

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see184

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see181

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see179

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see178

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see177

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see172

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see171

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see166

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see165

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see164

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see164

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri