Icma.az
close
up
RU
“Həkim var, sistem yoxdur: Səhiyyədə kadr problemi”

“Həkim var, sistem yoxdur: Səhiyyədə kadr problemi”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi, insan resurslarının səmərəli idarə olunması, tibbi xidmətlərə artan tələbatın qarşılanması, eləcə də regionlarda kadr ehtiyatının balanslaşdırılması istiqamətində mövcud ehtiyaclara uyğun zəruri tədbirlər həyata keçirilir”.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qurumun açıqlamasında deyilib ki, hazırda Bakı və Abşeron yarmadası üzrə tabeli tibb müəssisələrində həkim çatışmazlığı müşahidə olunmur:

“Statistik təhlillər göstərir ki, yalnız bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkimlərə ehtiyac var. Regionlarda həkim çatışmazlığı əsasən ailə həkimi-terapevt, həkim-anestezioloq-reanimatoloq, ailə həkimi-pediatr, həkim-nefroloq, həkim-travmatoloq-ortoped, həkim-ümumi cərrah, həkim-mama-ginekoloq və həkim-nevroloq ixtisasları üzrə müşahidə olunur. Mövcud çatışmazlığın aradan qaldırılması məqsədilə kadr planlaması və yerləşdirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Görülən tədbirlər regionlarda əhalinin keyfiyyətli və davamlı tibbi xidmətlərə çıxış imkanlarının artırılmasına xidmət edir”. pizza sifarişi

Həkim-radioloq Aydın Əliyev “Yeni Sabah”a açıqlamasında mövzunu şərh edib. Onun sözlərinə görə, dövlət tibb müəssələrində ciddi şəkildə kadr çatışmazlığı var:

“Ümumi qeyd edə bilərəm ki, bölgələrdə bu daha çox hiss olunur. Paytaxt ərazisində bəzi vakansiyalar süni şəkildə  gizlədilir. Bu kimi problemlərin yaranması dövlətdə normal səhiyyə siyasətinin  olmaması ilə əlaqədardır. Tutaq ki, hansısa bölgədə həkim çatışmazlığı var dövlət bunu bildirməlidir və bu vakansiya üzrə gələn həkimlərə iki qat əməkhaqqı veriləcəyi, qalmaq üçün mənzillə təmin olunacağı qeyd edilməlidir”.

Həkim vurğulayıb ki,stimullaşdırıcı tədbirlər görülməlidir.  A.Əliyevin fikrincə,  bölgəyə göndərilən həkimin yanına təcrübə keçməsi üçün rezident göndərilməlidir ki, o həkim o rezidenti öyrədəndən sonra öz yerinə qoyub geri qayıtsın:

“Beləliklə, orada bu formada struktur yaranmış olacaq. Ölkəmizdə yetərincə savadlı kadrlar yetişir və çox hissəsi ölkədən kənar fəaliyət göstərməyi düşünür. Bu sahədə problemlər olduğu müddətcə ölkədən gedib, əsasən də Almaniyada fəaliyyət göstərən həkimləri qınamaq olmaz. Düşünürəm ki, hər sahədə problemlər var və həll yolu tapılarsa, hər kəs öz peşəsini ölkədə layiqincə davam etdirər”.

Cəlalə Cəlalqızı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 May 2026 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri