Həkim xəbərdarlığı: Qışda D vitamini çatışmazlığı kimlər üçün daha təhlükəlidir?
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
D vitamini, xüsusilə, qış dövründə immunitetin, sümük sağlamlığının və ümumi sağlamlığın qorunması üçün əsas qida maddələrindən biridir. Onun bu mövsümdə xüsusi əhəmiyyət kəsb etməsi günəş işığının azalması ilə bağlıdır. Belə ki, dəri D vitaminini ultrabənövşəyi şüaların təsiri altında sintez edir və qış aylarında bu proses xeyli məhdudlaşır. Vitamin çatışmazlığı immun müdafiənin zəifləməsinə, xroniki yorğunluğa, sümük toxumasının sıxlığının azalmasına, eləcə də soyuqdəymə xəstəlikləri riskinin artmasına səbəb ola bilər.
Moderator.az bildirir ki, bu barədə Gazeta.ru-ya açıqlamasında ROSBİOTEX Universitetinin Terapiya kafedrasının müdiri Aleksandr Konkov məlumat verib.
Onun sözlərinə görə, D vitamini, xüsusilə, uşaqlar və yeniyetmələr üçün həyati əhəmiyyət daşıyır. Böyümə dövründə bu vitaminin çatışmazlığı skeletin, dişlərin və əzələ sisteminin düzgün formalaşmasına mənfi təsir göstərir. Nəticədə uşaqlarda raxitə bənzər əlamətlər, ümumi zəiflik və fiziki inkişafın ləngiməsi müşahidə oluna bilər.
Mütəxəssis bildirib ki, yaşlı insanlar üçün də D vitamini son dərəcə vacibdir. Yaş artdıqca dərinin bu vitamini sintez etmə qabiliyyəti azalır, sümüklər isə daha kövrək olur. D vitamininin çatışmazlığı osteoporozun inkişafına, sınıqların və yıxılma riskinin artmasına gətirib çıxarır.
Ekspert qeyd edib ki, D vitamini hamilə və süd verən qadınlar üçün də mühüm əhəmiyyət daşıyır. Bu vitamin dölün sümük sisteminin formalaşmasında iştirak edir və ananın ümumi sağlamlığını dəstəkləyir. Onun çatışmazlığı hamiləlik zamanı ağırlaşmalara, immun müdafiənin zəifləməsinə və uşağın inkişaf problemlərinə səbəb ola bilər.
Bundan əlavə, xroniki xəstəlikləri olan, maddələr mübadiləsi pozuntularından, piylənmədən və ya bağırsaq problemlərindən əziyyət çəkən şəxslər də D vitamini səviyyəsinə xüsusi diqqət yetirməlidirlər. Bu hallar qida vasitəsilə vitaminin mənimsənilməsini azaldaraq onun çatışmazlığını daha da dərinləşdirə bilər.
Mütəxəssislər qış aylarında rasiona D vitamini ilə zəngin qidaların - yağlı balıq, dəniz məhsulları, yumurta və zənginləşdirilmiş süd məhsullarının daxil edilməsini tövsiyə edirlər. Zərurət yarandıqda isə həkim tərəfindən fərdi dozaya uyğun olaraq D vitamini əlavələri təyin edilə bilər. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 19 Yanvar 2026 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















