Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Həkim xəbərdarlıq etdi Çəkisi 100 kiloqrama qədər olanlar bunu etməsin

Həkim xəbərdarlıq etdi Çəkisi 100 kiloqrama qədər olanlar bunu etməsin

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə mədə kiçiltmə və müxtəlif bədən şəkilləndirmə əməliyyatlarına maraq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə sosial şəbəkələrin təsiri ilə bu cür cərrahi müdaxilələr bəzən tibbi zərurətdən çox estetik seçim kimi təqdim olunur. Maraqlı məqam isə ondan ibarətdir ki, bir çox xarici ölkələrdə və Türkiyə kimi yaxın tibbi turizm mərkəzlərində bu əməliyyatlar üçün müəyyən çəki və bədən kütlə indeksi (BKİ) kriteriyaları tətbiq olunduğu halda, yerli praktikada daha aşağı çəkidə olan şəxslərin də bu əməliyyatlara yönləndirildiyi iddia olunur.
Tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Demokrat.az-a açıqlamasında deyib ki, bədən şəkilləndirmədə insanlar öz arzuları ilə müəyyən nahiyələri istəklərinə uyğun şəkildə formalaşdırmağa çalışırlar və buna cəhd edirlər:

“Əslində bu, tibbi müdaxilədir. Tibbi müdaxilə isə, qaydalara görə, yalnız tibbi göstəriş əsasında həyata keçirilməlidir. Lakin insan öz bədənini istədiyi formaya salmaq üçün könüllü şəkildə bu proseslərə müraciət etdikdə, bu sahədə müəyyən qaydaların hazırlanmasına ehtiyac yaranır. Çünki insanlar kütləvi şəkildə bu əməliyyatlara üz tuturlar. Bu hallar həm ölkə daxilində, həm də xarici ölkələrdə müşahidə olunur. Halbuki bu da cərrahi əməliyyatdır. Cərrahi əməliyyat isə o deməkdir ki, tam sağlam insan belə əməliyyat zamanı baş verə biləcək hər hansı dəyişiklik səbəbindən həyatını itirə bilər. Buna görə də bu risklər nəzərə alınmalı, insanlara geniş məlumat verilməlidir ki, onlar hansı risklərlə üzləşdiklərini dəqiq bilsinlər. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə mədənin kiçildilməsi əməliyyatı ilə bağlıdır. Bu əməliyyatdan sonra insan orqanizmində bəzi amin turşularının, qida maddələrinin və mineralların çatışmazlığı yaranır. İnsanlar çox vaxt bunu nəzərə almır və dərk etmirlər”. 
O bildirib ki, müəyyən müddətdən sonra bu çatışmazlıqlar səbəbindən müxtəlif xəstəliklər meydana çıxır:
“Bütün bunlar mütləq nəzərə alınmalıdır. İnsanlar sadəcə “çəkim çoxdur, gedim əməliyyat etdirim” və ya müxtəlif prosedurlara müraciət edim kimi düşünməməlidirlər. Bu düzgün yanaşma deyil. Çünki bu, qarın boşluğunun açıldığı, mədə kimi vacib orqanın formasının dəyişdirildiyi ciddi tibbi əməliyyatdır. Sonradan çəki kəskin şəkildə azalır və orqanın quruluşunda müəyyən defektlər yarana bilər. Həmçinin evakuasiya prosesində və digər fizioloji funksiyalarda problemlər meydana çıxır. Çəki məsələsinə gəldikdə isə, bu əməliyyata müraciət üçün konkret meyarlar olmalıdır. Məsələn, 80-90 kq, hətta 100 kq-a qədər çəkisi olan insanlar çox vaxt öz iradələri ilə arıqlaya bilərlər. Bu halda əməliyyata ehtiyac yoxdur. 100 kq-a qədər çəkisi olan şəxslərin belə əməliyyata müraciət etməsi düzgün sayılmır. 110 kq və daha artıq çəkisi olan insanlar da arıqlaya bilər. Lakin ifrat dərəcəli piylənmə hallarında vəziyyət fərqlidir. Ümumiyyətlə, qərar çəki indeksinə əsaslanmalıdır. Əgər xəstədə ikinci, üçüncü və ya dördüncü dərəcəli piylənmə varsa, bu zaman əməliyyat nəzərdən keçirilə bilər. Birinci dərəcəli piylənmə isə o qədər də ağır sayılmır və insan öz gücü ilə bunun qarşısını ala bilər. Bu baxımdan yanaşma “çəkim bu qədərdir, gedib əməliyyat etdirim” prinsipi ilə deyil, məhz çəki indeksinə əsasən müəyyənləşdirilməlidir. İnsanın özünü cərrahi əməliyyat kimi ağır bir prosedura məruz qoyması, həyatını risk altına atması düzgün deyil. Təəssüf ki, estetik əməliyyatlar zamanı həyatını itirən insanların şahidi olmuşuq. Bu sahədə rəsmi statistika geniş şəkildə açıqlanmasa da, belə məlumatlar təqdim olunsa, insanlar bu proseslərin real nəticələrini və yarada biləcəyi problemləri daha aydın görərlər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 May 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri