Həkim yaşlı insanları kompüter oyunları oynamağa çağırdı
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kompüter oyunları diqqəti qorumağa, yaddaşı və kiçik motorikanı inkişaf etdirməyə kömək edir, həmçinin yaşla bağlı idrak dəyişikliklərini zəiflədir.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı psixiatr Ruslan İsayev gazeta.ru-ya müsahibəsində danışıb. O, kompüter oyunlarının yaşlı insanlar üçün faydalarından söz açıb.
Mütəxəssisin fikrincə, bu, sadəcə əyləncə deyil, beyin üçün məşqdir. Lakin ekspert aydınlaşdırıb ki, oyunlar beyni cavanlaşdırmır. Buna görə də İsayev yorğunluğa səbəb ola biləcək mürəkkəb və dinamik oyunlardan uzaq durmağı tövsiyə edir. Onun sözlərinə görə, gündə 15-30 dəqiqə oynamaq optimal hesab olunur.
"Ən yaxşısı qısa seanslı, sadə və asan başa düşülən oyunlardır: "Minesweeper", dama, "Solitaire pasjans", pazl, "üçü ardıcıl", "fərqi tapın", viktorinalar, söz yaratma oyunları", - deyə o əlavə edib.
İsayev həmçinin bildirib ki, yaddaş və diqqətin gücləndirilməsi üçün onlayn platformalarda mövcud olan ixtisaslaşmış koqnitiv trenajorlar da faydalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Avqust 2025 06:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















