Icma.az
close
up
RU
Həkimdən Flora Kərimovanın dediklərinə REAKSİYA FOTO

Həkimdən Flora Kərimovanın dediklərinə REAKSİYA FOTO

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalq artisti Flora Kərimovanın 10 yaşına çatmamış uşaqların sidiyini ildə bir dəfə içib sağlam qalması ilə bağlı açıqlaması sosial şəbəkələrdə yenidən gündəm olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı pravda.az-ın suallarını cavablandıran tanınmış həkim Seyfəddin Əsəd deyib ki, insanın öz sidiyi ilə müalicə elmdə urinoterapiya adlanır.
Həkimin sözlərinə görə, sidiklə müalicə, xüsusilə, Asiya ərazisində qədimdən bəri çox geniş yayılan müalicə üsuludur:
“Azərbaycanda da çox qədimdən var. Sağalmaz yaraların, dəri xəstəliklərinin müalicəsində indi də insanlar bu üsuldan geniş istifadə edirlər. Xüsusilə, şəkərli diabet, xərçəng, mədə-bağırsaq xəstələri sidiklə müalicə olunur. Sidiyə əvvəllər "həyat suyu" deyiblər, heç vaxt "sidik" deməyiblər. İnsanın həyat suyu ona ən ciddi, ağır xəstəliklərində yüksək səviyyədə kömək edir.
Niyə "həyat suyu" deyilir? Niyə müalicələrdə daha tez effekt verir?
 

Düzdür, müasir tibb bunu hələ qəbul etmir, halbuki sidiklə müalicə min illərə söykənir. İnsanın harasında xəstəlik varsa, o xəstəliyin göstəricisi sidiklə çıxır. Bütün orqanizmin tullantıları sidiklə xaric olunur. Sidiyin içində hara xəstədirsə, həmin kodlar bilinir. İnsan öz sidiyini qəbul edəndə birinci növbədə xəstəlik olan bölgəyə təsir edir və sağaldır.


Buna görə də sidiyə "həyat suyu" deyilir. Sidik xəstə olan yeri özü tapır və müalicə edir. Təbii ki, sidikdən bir çox məqsədlə istifadə olunur. Kütləvi şəkildə şəkər və xərçəng xəstələri sidikdən istifadə edirlər, lakin qaydanı bilmədən sidiyi qəbul edirlər. Sidiyi qəbul etmək üçün mütləq xüsusi rejimi gözləmək lazımdır. Adi halda qəbul edəndə çox pis qoxulu, pis tamlı olur.
Həm də müalicə üçün az effekt verir. Əgər sidik qəbul edəcəksinizsə, ət, yəni tərkibində zülal olan qidalar qəbul etmirsiniz. Bol miqdarda su içməlisiniz, aclıq fonunda olan sidiyin müalicəvi təsiri daha güclüdür, tam şəffaf bulaq suyu kimidir, nə iyi, nə də qoxusu, dadı olur. Əvvəlcə gündə üç dəfə bu halda sidiyi qəbul edirsiniz.
Dediyim kimi, ac qarına bol miqdarda su içirsiniz. Belə halda çox qısa müddətdə effekt görürsünüz. Sidik qəbulu saç tökülməsinin qarşısını alır, yeni saçların çıxmasına səbəb olur.
İnsanın öz sidiyi ən ucuz və ən güclü saçqoruyucudur. Bəzən yaşlı adamlar xəstəliklərini müalicə etmək üçün öz nəvələrinin sidiyini qəbul edirlər ki, daha effekli olar. Bu, qətiyyən düzgün deyil. Hər xəstəyə yalnız öz sidiyi müalicəvi təsir edir. Sağlam baba və nənə isə daha cavan qalmaq üçün öz nəvələrinin sidiyindən istifadə edə bilərlər.
 

Bu, gənc qalmaq üçün kömək edir. Bilirik ki, qədim dövrdə kimyəvi dərmanlar yox idi, farmakologiya inkişaf etməmişdi. Bitkilərdən istifadə olunduğu kimi insanın sidiyindən də geniş şəkildə istifadə olunurdu. Allergiyaya qarşı, eyni zamanda sədəf, ekzema kimi xəstəliklərdə yaraların sağalmasında çox geniş şəkildə sidikdən istifadə olunur.


Ağızda olan yaraları sağaltmaq üçün də qarqara formasında istifadə edilir. Gündə dörd-beş dəfə sidiklə qarqara olunanda ağızdakı yaralar sağalır. Sidik qəbulu yüksək səviyyədə immuniteti qaldırır və qəbizlikdə də çox gözəl effekt verir”.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri