Həkimdən xəbərdarlıq: Ağcaqanad əleyhinə vasitələr sağlamlığa zərər verə bilər KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağcaqanadların artdığı yay mövsümündə insanlar özlərini qorumaq üçün müxtəlif sprey, fumiqator, aerozol və digər kimyəvi vasitələrdən istifadə edirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vasitələrdən düzgün istifadə edilmədikdə sağlamlıq üçün müəyyən risklər yarana bilər.
Bəs ağcaqanadlara qarşı istifadə olunan kimyəvi vasitələr insan orqanizminə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, ağcaqanadlara qarşı istifadə olunan dərman və kimyəvi vasitələr insan sağlamlığına mənfi təsir göstərir.
Günay Lətifova
Onun sözlərinə görə, bu məhsullar bəzi insanlarda allergik reaksiyalara səbəb olur:
“Kimyəvi vasitələrin təsiri nəticəsində dəridə allergik səpgilər, qızartı və qaşınma yarana bilər. Eyni zamanda, tənəffüs sistemi ilə bağlı xroniki xəstəlikləri olan şəxslərdə bu vasitələr nəfəsalma problemlərini ağırlaşdıra, astma və digər respirator xəstəliklərin əlamətlərini gücləndirər”.
Həkim insanların mümkün qədər kimyəvi vasitələrdən deyil, daha təhlükəsiz alternativlərdən istifadə etməsini tövsiyə edib:
“Dəriyə tətbiq edilən qoruyucu yağlar və losyonlar daha təhlükəsiz seçim hesab olunur. Bu vasitələr həm dərini nəmləndirir, həm də ağcaqanadlardan müəyyən qədər qoruyur. Allergik reaksiya ehtimalı tam istisna edilməsə də, bu hallara nadir rast gəlinir və hər şey insanın fərdi həssaslığından asılıdır”.
Günay Lətifova vurğulayıb ki, kimyəvi preparatlardan uzunmüddətli və davamlı istifadə də məqsədəuyğun deyil:
“Ən doğru yanaşma profilaktik tədbirlərə üstünlük verməkdir. Evlərdə pəncərə və qapılara torların quraşdırılması, ağcaqanadların yaşayış məkanına daxil olmasının qarşısını almaq kimyəvi vasitələrə ehtiyacı əhəmiyyətli dərəcədə azaldır. Bu, həm daha təhlükəsiz, həm də sağlamlıq baxımından daha məqsədəuyğundur”.
Aynurə İsmayıl
KONKRET.az
Baxış sayı:108
Bu xəbər 04 İyul 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















