Həkimi Kadir İnanırın sağlamlıq durumunu AÇIQLADI FOTO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Mayın 15-də vəziyyəti pisləşdikdən sonra Beşiktaşdakı xəstəxanaya aparılan və reanimasiyaya yerləşdirilən məşhur aktyor Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayılıb.
Bizim.Media “ensonhaber.com”a istinadla xəbər verir ki, xəstəxana aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma olduğunu, lakin bir müddət reanimasiyada qalacağını bildirib.
Kadir İnanırin həyat yoldaşı Jülide Kural sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlamasında onun ağciyər infeksiyası səbəbindən reanimasiyaya yerləşdirildiyini bildirib.
“Təəssüf ki, Kadir soyuqdəymə keçirdi. Soyuqdəymə səbəbindən ağciyərlərində infeksiya yarandı. Bu gün vəziyyəti daha yaxşıdır. Həkimləri yaxşılaşdığını, lakin daha diqqətli olması üçün reanimasiyada müşahidə altında saxlamaq məcburiyyətində olduqlarını bildirdilər. İki gündən sonra adi palataya köçürüləcək”, - Jülide Kural deyib.
Xanımı, həmçinin siqaret çəkməyin sənətçinin sağlamlığına mənfi təsir etdiyini bildirərək, “Onun ən böyük düşməni siqaretdir, ümid edirəm ki, tərgidər” deyə vurğulayıb.
Sənətkar Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı ilk açıqlamanı onun həkimi, professor Dr. Hüsnü Görgen verib:
“Dünən xəstəxanamıza qəbul edilən xəstəmiz Kadir İnanır, pnevmoniyanın yaratdığı tənəffüs çətinliyi səbəbindən tibbi müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirildi. Müalicəsi reanimasiya şöbəsində davam edir və intubasiyaya ehtiyac olmadan qeyri-invaziv tənəffüs dəstəyi alır. Ümumi vəziyyəti yaxından izlənilir və dünəndən bəri klinik vəziyyətində qismən yaxşılaşma müşahidə olunur. O, bir müddət reanimasiya şöbəsində müşahidə altında qalacaq”.
Bizim.Media
Baxış sayı:192
Bu xəbər 16 May 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















