Həkimin əməliyyatından sonra xəstə şikayət etdi Reo Med cərimələndi
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən "Reo-Med Tibb Mərkəzi" MMC 6 min manat cərimə edilib.
Qaynarinfo-nun məlumatına görə, klinikanın cərimə edilməsinə səbəb C.V. adlı şəxsin "Reo Med"də cərrahiyyə əməliyyatının uğursuz keçməsi olub.
Belə ki, C.V. "Reo Med"in həkimi Ramiz Kərimov tərəfindən mamoplastika əməliyyatı edildiyini, lakin əməliyyatın uğurlu keçmədiyi və sağlamlığında fəsadlar yarandığı barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, plastik cərrahiyyə lisenziyası olmayan klinikada C.V.nın sağlamlığında fəsadlar yaranması ilə nəticələnən mamoplastika əməliyyatı keçirilib.

Nəticədə klinika barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib edilib. Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
Məhkəmənin qərarı ilə "Reo-Med Tibb Mərkəzi" MMC 6000 manat məbləğində inzibati cərimə olunub. C.V. adlı şəxsə dəyən zərərin ödənilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

07 Dekabr 2024 13:33
Həkimin əməliyyatından sonra xəstə şikayət etdi “Reo Med” cərimələndi
07 Dekabr 2024 16:12
23 yaşlı qız burun əməliyyatından öldü Həkimlərdən şikayət edildi KONKRET
12 Dekabr 2024 10:01
Vətəndaşlar şikayət etdi, zavod cərimələndi
09 Aprel 2025 10:14