Icma.az
close
up
RU
“Həkimin etdiyi əməliyyatda 3 cü ölən mənim övladımdır...” Video

“Həkimin etdiyi əməliyyatda 3 cü ölən mənim övladımdır...” Video

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər.

“Qafqazinfo” xəbər verir ki, onlar bununla bağlı “Baku TV”yə danışıblar.

Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddia edib: “Həkim cərrahi əməliyyat keçirdi. Beş gündən sonra qan köçürüldü, qızımın halı dəyişdi. Dedilər ki, gözləri, ağzı açıq qalıb, eləcə uşaq əldən gedib... 5 ildir evli idi, iki azyaşlı uşağı var. Kistadan heç kim ölmür, bunu bacarmırsınızsa, göndərin Bakıya, camaatın balasını niyə qırıb öldürürsünüz?! Deyilənə görə, həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır, sabah 4-cünü öldürəcək... Xahiş edirəm, tədbir görülsün, ağır cəza verilsin”.

Məleykənin həyat yoldaşı Simran Nurməmmədov isə həkimdən təzminat tələb edib: “Dünən gecə dedilər ki, qan köçürülməlidir. Səhv köçürüblər, yoxsa bilmirəm nə ediblər... Gecə 3-də zəng etdilər ki, vəziyyəti yaxşı deyil. İki uşağım var, indi mən onlara necə baxacağam?”

Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 11-i saat 15:15 radələrində vəziyyətinin pisləşməsi səbəbilə xəstəxanaya müraciət edən qadına müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub: “Pasiyentdə sağ yumurtalığın pazvari rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonrakı dövr stabil olub. Dekabrın 16-sı saat 16:00 radələrində ani ürək dayanması baş verib və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, dekabrın 16-sı saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb”. 

Daha ətraflı videomaterialda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri