Icma.az
close
up
RU
Həkimin işini bəyənməsəniz polisə verin AÇIQLAMA

Həkimin işini bəyənməsəniz polisə verin AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təcrübəsiz və ixtisasına uyğun olmayan həkimlərin tibbi xidmət göstərməsi həm xəstələrin sağlamlığı, həm də klinikaların etibarlılığı baxımından ciddi problemlər yaradır. Yasamal rayonu ərazisində yerləşən “Doktor Davud” klinikasında aparılan yoxlamada belə halların aşkar edilməsi hüquqi və etik sualları gündəmə gətirir.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, təcrübəsiz və ixtisası olmayan şəxslərin tibbi fəaliyyətlə məşğul olması, əgər bu, insan sağlamlığına və ya həyatına ağır nəticələr verərsə, cinayət məsuliyyətinə səbəb ola bilər:

“Ən azı isə bu cür hallarda inzibati xəta tərkibi yaranır. Qanunvericilikdə bu istiqamətdə müxtəlif pozuntular nəzərdə tutulur. Məsələn, tibbi sterilizasiya qaydalarının pozulması və digər oxşar hallar da ayrı-ayrı hüquqi məsuliyyət yaradan hallardır. Ümumilikdə belə fəaliyyət konkret hallardan asılı olaraq cinayət tərkibi yarada bilər. Bəs vətəndaş belə vəziyyətlərdə öz hüquqlarını necə qorumalıdır? Bu zaman vətəndaş müvafiq dövlət orqanlarına, yəni polisə və ya prokurorluğa müraciət etməli, baş vermiş hadisə ilə bağlı şikayət edərək hüquqlarının müdafiəsini tələb etməlidir. Məsələn, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 142-ci maddəsində “Tibbi xidmətin göstərilməsi qaydalarının pozulması” ilə bağlı müddəalar nəzərdə tutulub. İstənilən şəxs bu maddə ilə tanış olmaq üçün birbaşa Cinayət Məcəlləsinə müraciət edə bilər”.
Vətəndaşlar bənzər vəziyyətlərlə qarşılaşdıqda öz hüquqlarını qorumaq üçün polis və ya prokurorluq orqanlarına müraciət etməlidirlər. Cinayət Məcəlləsinin 142-ci maddəsi birbaşa tibbi xidmət qaydalarının pozulması ilə bağlı müddəaları özündə əks etdirir. Ekspert vurğulayır ki, hüquqlarını tələb etmək xəstələrin həm vətəndaşlıq borcu, həm də gələcəkdə yarana biləcək daha böyük təhlükələrin qarşısını almaq üçün vacib addımdır. Hazırda klinika ilə bağlı hüquqi prosedurların davam etdirilməsi gözlənilir.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri