Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Həkimlə pasiyent arasında mübahisə: Kim haqlıdır? Foto

Həkimlə pasiyent arasında mübahisə: Kim haqlıdır? Foto

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən ilin noyabrında burun əməliyyatı olan 19 yaşlı Aysu Qurbanova ilə lor cərrahı Cavid İsmayılov arasında mübahisəli vəziyyət yaranıb.

Bununla bağlı Ölkə.Az-a A.Qurbanovanın anası Ulduz Qurbanova müraciət edib. Valideyn iddia edir ki, həkimdən tələb olunmadığı halda qızının burnuna estetik müdaxilələr edib və nəticə uğursuz olub:

"4 noyabr 2024-cü il tarixində "Funda" kilinikasında lor cərrah Cavid İsmayılov tərəfindən övladımın çəpər əyriliyinin düzəldilməsi üçün burun əməliyyatı keçirilib. Bu əməliyyat övladımın həyatını, yaşam fəaliyyətini, özgüvənini yaxşılaşdımaq məqsədi daşısa da, nəticə tamamilə əksinə olub.

Əməliyyatdan əvvəl həkimlə danışıqlarda, ilkin müayinədə dəfələrlə, burunun estetik görünüşünün qəti şəkildə dəyişilməsini istəmədiyimizi, sadəcə, nəfəs almada yaranan problemi həll etməsini istəmişik. Əsas çəpər əyriliyindən irəli gələn nəfəs alma problemi, assimetriyanın bərpası və burunda daxili qanaxma probleminə görə müraciət edilib. Cərrah Cavid İsmayılova bunları bildirdikdə bizi anladığını və belə edəcəyini bildirib. Bunun üçün ona 3800 manat məbləğində pul ödəmişəm. Lakin həkim istəklərimizi və tələblərimizi tamamilə nəzərə almadan öz bildiyini edib, bizə istəmədiyimiz nəticə təqdim edib.

Burun sümüyünün forması qeyri-normal şəkildə, burun qanadları eybəcər formada yığılıb, burun ucu incəldilərək dikləşdirilib. Nəticədə estetik görüntüsü xoşagəlməz hal alıb. Burun sümüyündə şişkinlik, batıqlıq yaranıb, burnun ucu isə çox dikdir".

Lor cərrah Cavid İsmayılov isə Ölkə.Az-avaçıqlamasında estetik müdaxilə etmədiyini deyib:

"Xanım deyir ki, biz çəpər və əməliyyatı burun içərisinə müdaxilə üçün gəlmişdik, üstünə müdaxilə edib. Bu, mümkün olan şey deyil, çünki estetik əməliyyat daha bahalıdır. Pasiyent bizə gələndə görünüşündən və nəfəs almasından narahatlığı vardı. Əməliyyat etmişik hər şey qaydasındadır. 

Bu müddət ərzində biz xəstəni uzağı 3 dəfə qəbul edirik, amma bu pasiyent narahat idi deyə 15 dəfə qəbul etmişik".

Valideyn iddia edir ki, qızının nəfəs almasında da problem yaranıb:

"Yalnız estetik cəhətdən məyusluq olmayıb, həm də sağlamlığına ciddi zərbə vurulub. Əməliyyatdan sonra qızım normal nəfəs ala bilmir. Hər dəfə nəfəs almağa çalışdıqda burnunda tıxanıqlıq, boğulma və hava çatışmazlığı hissi yaşayır. Gecələr rahat yata bilmir və tez-tez hava çatışmazlığı səbəbindən boğulma hissi ilə yuxudan ayılır. Bu əməliyyat qızımın həm xarici görünüşünə, həm də sağlamlığına ciddi şəkildə zərər vuraraq, qızımı depressiyaya salıb.
Övladımın yaşama həvəsi artıq bitib. Qızım güzgüdə özünü tanıya bilmədiyinə, nəfəs almaqda çətinlik çəkdiyinə və davamlı narahatlıq içərisində olduğuna görə həyat keyfiyyəti aşağı düşüb. Bu səbəbdən sosial həyatında böyük çətinliklərlə üzləşir. 3 ay müddətində dəfələrlə narahatlıqdan dolayı həkimə müracəat etsək də, müraciətimizə özü baxmayıb, yalnız tibb bacısına yönləndirib. Zənglərimizə cavab vermədiyi üçün fərqli nömrədən zəng etdik. Öz nömrəmdən yığanda köməkçisi Cavid həkimin xəstəxanada olmadığını desə də, başqa valideyn kimi müraciət edəndə həkimin xəstəxanada olduğunu söylədi". 

C.İsmayılov isə deyir ki, apardığı cərrahi əməliyyatdan əmindir və əgər bir narazılıq varsa, ekspertiza olunmalı və işə hüquqi qiymət verilməlidir:

"Pasiyentin əməliyyat olunmasındən sonra hələ 3 ay bitməyib. Bu müddət ərzində onu azı 15 dəfə qəbul etmişik. Bizdə görüntülər də var. Pasiyent özünə qapanıq biri imiş, bu barədə məlumatsız olmuşuq.

Axırıncı dəfə anası xəstəxanaya tək gəlmişdi, qızını gətirməmişdi. Dedi ki, qızımın psixologiyası pozulub. Xanıma tövsiyə etdik ki, psixoloji bir şey varsa, psixoloq dəstəyi də verək. Söyləyir ki, qızın burnu dikdir. Başa saldım ki, burun sağalma ərəfsində bir az dik olur. Özü də çox dik deyil, normaldır.

İzah edirəm ki, biz orada toxumaları əməliyyat edirik, sonra sallana bilər. İlk başda belə görünür, bir ilə kimi burun bir qədər aşağı düşür. Mən indi onu normal qoysam, o bir il sonra sallana bilər. Bu pasiyentin anası isə bizi, ümumiyyətlə, dinləmək istəmir. İstəyir ki, ödədiyi pulu ona geri verək. 

Xanıma təklif etdim ki, əgər belədirsə, gəlin, buna hüquqi qiymət verilsin. Siz məhkəməyə müraciət edin, ekspertiza olunsun, əgər səhv etmişəmsə, məni cəzalandıracaqlar. Onlar, ümumiyyətlə, dinləmək istəmir".

Ana U.Qurbanova bildirib ki, vəziyyətlə bağlı müraciət etdiyi digər lor cərrahlar Aysunun təkrar əməliyyat olunması gərəkdiyini deyib. Valideyn həmçinin həkimin onu hədələdiyini də iddia edib:

"Başqa həkimlərə də müraciət etmişəm, uşağa ikinci dəfə revizyon əməliyyatı deyirlər. Bu əməliyyatı etdirmək üçün 6-9 ay keçməlidir. Qızım hər şeydən olub, universitetə, imtahana gedə bilmir, özünə qapanıb. Biz estetik düzəliş istəməmişik. 

Aysunun revizyon əməliyyatını öhdəsinə götürməsini istəsəm də, o mənə kobud və bir həkimə yaraşmayacaq cavablar verir.

Həkim qızım Aysunla mənə hədə-qorxu gəlir. Əgər ondan şikayət eləsəm, məni işlədiyim müəssisədən, qızımı isə universitetdən qovduracağını deyir.

Həkim İsmayılov Cavidin bu səhlənkarlığı və məsuliyyətsizliyi tibbi etika qaydalarına və xəstənin hüquqlarına ziddir. Belə bir davranışın cəzasız qalması digər pasiyentlərin də həyatını təhlükəyə ata bilər.

Yuxarıda qeyd olunanlara əsasən, C.İsmayılov barəsində ciddi tədbirlər görülməsini istəyirəm", - deyə valideyn əlavə edib.

Həkim iddialara cavab olaraq heç kimi hədələmədiyini deyib:

"Xanım özü tibb işçisidir, yoldaşı rəhmətə gedib. Deyir, əziyyətlə etmişəm. Deyəsən, borc alıblar, indi də onu ödəyə bilmirlər. Gəldi, iş yerimdə mənim şəxsiyyətimi təhqir etməyə, alçaltmağa başladı. Mən də ona cavab vermədim. Koridorda insanlar da var idi. Bununla bağlı yanımızdakı polis bölməsinə də müraciət etdim. 

Mənə qarşı təhqiramiz ifadələr işlədib. 15 ildir bu sahədə işləyirəm, həyatımda belə bir şey görməmişəm. Pasiyentin burnunda qüsur yoxdur, Sağalma ərəfəsində şiş olur, dik olur, daha sonra normallaşır. Onlar isə gözləmək istəmirlər. Hətta onlara təklif etdim ki, gözləyək, əgər problem yaransa, nə köməklik lazım olsa edərəm. Elə adam deyiləm ki, deyim, get, başını çarəsinə bax. Pasiyentlərdə problem ola bilər. Həmişə demişəm ki, əlimdən gələni etməyə hazıram, ki, o, narazı getməsin. 

Mən ona dedim ki, siz də tibb işçisisiniz, mən də. Dedim, ayıbdır, sizin müdirinizi də tanıyıram. Mən "qovduraram" sözünü deməmişəm. Elə bir fikrim olsaydı, indiyə qədər zəng edib müdirinə deyərdim. Desin görək, ona işdə bir kəlmə söz deyən olubmu? Məni nüfuzdan salmağa çalışırlar.

Bu işi mən görmüşəmsə, bilirəm ki, necədir, nə qədər vaxt sonra nə baş verə bilər. Hüquqi dövlətə yaşayırıq. Ekspertiza olunsun, sağlamlığında və s. qüsur varsa, buna görə məni cəzalandıracaqlar. Yenə də deyirəm ki, burun zamanla oturacaq. Onlar sadəcə olaraq gözləmək istəmirlər, bilirəm ki, məqsədləri nədir. 

Orada zəhmətim var, alnımın təri var. Saatlarla əməliyyat etmişəm, hər şey də gözəldir. Bir problem yoxdursa, kiminsə ödənişini niyə geri qaytarım? Amma ortada qüsur yoxdur. Bu mövzuda haqlı olsam belə, mənə çox pis təsir edir. 

Bizim onunla görüşməyimiz doğru deyil. Arada bağları qoparıb, münasibəti korlayıb. Məsələ hüquqi çərçivədə həll edilməlidir. Qadının qardaşına da dedim ki, qız gəlsin, ona baxaram, amma anası gəlməsin".

A.Qurbanova artıq vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyinin Qaynar xəttinə şikayət ünvanladığını, həmçinin Baş prokurorluğa, Ədliyyə və Səhiyyə Nazirliklərinə, eləcə də TƏBİB-ə ərizə yazdığını bildirib.

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri