Icma.az
close
up
RU
Həkimlər ağrılarını ciddiyə almadı 29 yaşında 3 bədən üzvünü itirdi

Həkimlər ağrılarını ciddiyə almadı 29 yaşında 3 bədən üzvünü itirdi

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Doktorların şikayətlərini ciddiyə almadığı 29 yaşlı qadın üç orqanını itirib.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, 12 aprel 2023-cü ildə əkizlərini dünyaya gətirən Teape doğumdan sonra mədə ağrıları çəkməyə başlayıb, lakin həkimlər onun şikayətlərinə əhəmiyyət verməyib. Beş gün sonra ağrıları dözülməz həddə çatdıqda təcili yardım çağırmaq məcburiyyətində qalıb.

İngiltərədə yaşayan 29 yaşlı Xədicə Teape BBC-yə verdiyi müsahibədə "Mədə spazmları, qusma, ishal, titrəmə və yemək yeyə bilməmək kimi problemlərim vardı. Beşinci gün artıq dözə bilmədim və tibbi müdaxiləyə ehtiyacım olduğunu anladım," - deyə bildirib.

Həkimlər onun Strep A bakteriyasına yoluxduğunu müəyyən etdilər. Bu bakteriya boğaz infeksiyalarından tutmuş, ət yeyən bakteriyalara qədər müxtəlif xəstəliklərə səbəb ola bilər və nadir hallarda sepsisə yol aça bilər. Sepsis hər il İngiltərədə 245 min insana təsir edərək minlərlə ölümə səbəb olur.

Sepsis immun sisteminin bədənin öz toxumalarına hücum etməsinə səbəb olaraq orqan çatışmazlığına gətirib çıxara bilər. Araşdırmalara görə, İngiltərədə hər il azı 48 min insan bu xəstəlikdən həyatını itirir.

Teape orqanlarının fəaliyyətini davam etdirməsi üçün bir həftə komada saxlanıldı. Ayıldıqda isə əlləri, ayaqları, barmaqları və burnunun qaraldığını gördü. "Reanimasiyaya düşməzdən əvvəl təcili əməliyyata ehtiyacım olduğu bildirildi. Ailə üzvlərimə əl yetdim və əməliyyata girdim. O an son sözlərim 'Mən bacardım' oldu," - deyə xatırlayır.

Lakin gözlərini açdıqda bir həftə komada qaldığını öyrəndi. Onun həyat yoldaşı Shawn Ayton "Həkimlər ən pis ehtimala hazırlaşmalı olduğumuzu söylədilər. Amma o, sağ qaldı və bu, bizim üçün ən böyük xoşbəxtlik oldu," - deyib.

Sepsisin bədənində qalıcı zərər qoyması səbəbindən 2023-cü ilin avqustunda hər iki ayağı, sol əli və sağ əlindəki barmaqları amputasiya edilib. Keçirdiyi bu prosesi "fiziki, emosional və zehni cəhətdən çətin" adlandıran Teape yenə də həyata tutunmağı bacarıb.

Protezlər sayəsində artıq müstəqil şəkildə yeriyə bildiyini qeyd edən Teape "İndi əkizlərimi sağ qolumun büküyündə tutub qaldıra bilirəm. Ailəmin məni evdə görməsi onları sevindirir," - deyə bildirib. "Həyatım alt-üst ola bilər, amma heç olmasa körpələrim və böyük uşaqlarımın anası hələ də onların yanındadır."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Fevral 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri