Icma.az
close
up
RU
“Həkimlər doğuşu əlcəksiz icra edib, uşağım infeksiyaya yoluxub”

“Həkimlər doğuşu əlcəksiz icra edib, uşağım infeksiyaya yoluxub”

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


“Övladım dünyaya gələndən 2 gün sonra infeksiyaya yoluxub. Uşağımın bu hala düşməsində günahkar həkimlərdir”.

Bakupost.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Masallı rayon Rüdəkənar kənd sakini Elçin Ağayev müraciət edib.

Onun sözlərinə görə, oğlu oktyabrın 1-də Masallı rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib. Amma ailə bunun sevincini yaşaya bilməyib: “20 gündən çoxdur ki, uşağım doğulub, amma biz onu evimizə apara bilməmişik. Sevincimiz ürəyimizdə qalıb. Oğlum doğulduqdan 2 gün sonra infeksiyaya yoluxub. Doğuş şöbəsinin müdirindən övladımın bu hala niyə düşməsinin səbəbini soruşmaq istəyəndə Təhminə həkim məni otağından qovur. Orada konkret özbaşınalıq hökm sürür. 9 ay müddətində uşaqda heç bir problem olmayıb. Həmçinin doğuşdan bir gün sonra da yoxlanış olub, heç bir problem aşkarlanmayıb. E-təbib portalına da bunlar yerləşdirilib”.

Ətraflı

Ata məsələ ilə bağlı həkimlərə qarşı ittihamlar səsləndirir: “Bütün səhlənkarlıqlara səbəbkar Təhminə həkim və tibb bacılarıdır. Uşaq həkimlərin əlində əlcək olmadan ana bətnindən azad edilib. Küvəz dezinfeksiya olunmayıb, göbəkkəsici qayçı da həmçinin. Bütün bunlar yoldaşımın gözü qarşısında baş verib. Doğumdan iki gün sonra anidən uşaqda qıcolma başlayıb. Həyat yoldaşım uşağın narahat olduğunu görüb, həkim və tibb bacısı çağırıb, onlar da gec gəliblər. Uşağı nəzarətdə saxlamaq əvəzinə, aşağı mərtəbədə çay içiblər. Mənim uşağım tam sağlam idi və indi evində olmalı idi. Hazırda uşaq Respublika Pediatriya İnstitutundadır. Vəziyyəti yaxşıya doğru gedir”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) belə cavab verildi: “Ağayeva Miranə Valeh qızı 01.10.2025-ci il tarixində 40 həftə 6 gün hamiləlik diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasın Doğum və ginekologiya şöbəsinə müraciət edib. 01.10.2025-ci il tarixində saat 12:10 radələrində 2500 qr. çəkidə, 49 sm boyda olan uşaq (kişi) mekonial sularda doğuşu həyata keçirilib və həkim-neonatoloqa təhvil verilib. Yeni doğulmuş uşaq doğulduğu vaxtdan etibarən stasionar müalicə alaraq stabilləşdirilib və 04.10.2025-ci il tarixdə saat 11:50 radələrində təcili yardım avtomobili ilə yeni doğulmuşun dəqiqləşməmiş tənəffüs pozğunluğu diaqnozu ilə ixtisaslı müalicə üçün Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə edilib”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri