Icma.az
close
up
RU
Həkimlər geri qaytardı, uşağı maşında dünyaya gətirdi və... VİDEO

Həkimlər geri qaytardı, uşağı maşında dünyaya gətirdi və... VİDEO

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Cəlilabadda doğuşdan 12 gün sonra baş verən ana ölümü ilə bağlı bəzi detallar məlum olub. 

Sfera.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 26 yaşlı Nahidə Abbasova körpəsini maşında dünyaya gətiribmiş. 

Belə ki, Cəlilabad rayon Soyuqbulaq kənd sakini Nahidə doğuş vaxtı olduğu üçün yaxınları tərəfindən rayon xəstəxanasına aparılıb.

Mərhumun anası Zəminə Abbasovanın iddiasına görə, həkimlər qadının doğuş vaxtı olmadığını bildirərək geri qaytarıblar: “Səhər-səhər apardıq xəstəxanaya. Həkimlər baxıb dedilər ki, “uşaq olmayacaq”, dərman da verdilər. Qaytarıb evə gətirdik. Sancıları daha da çoxaldı. Yenidən xəstəxanaya aparanda yolda, Ağdaşda uşaq dünyaya gəldi. Xəstəxanaya çatdırdıq. Həkimlər baxdılar dedilər ki, “uşaq da, ana da sağlamdır".

Mərhumun atası Babək Abbasov bildirib ki, övladının vəziyyəti yaxşı olub: “Uşağın vəziyyəti yaxşı idi. Öz ayağı ilə ikinci mərtəbəyə qalxmışdı.12-ci gün isə rəhmətə getdi”.

Həkim Yusif Xankişiyev qeyd edib ki, zahı qadın xəstəxanaya gətirilən zaman vəziyyəti orta-ağır, huşu aydın olub: “Daha sonra qadının vəziyyətində kəskin ağırlaşma baş verib və reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində xəstədə kəskin tənəffüs çatmazlığı müşahidə olunub və o dərhal süni tənəffüs aparatına qoşulub. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq, ayın 20-si ölüm faktı qeydə alınıb”.

Məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilmişdi ki, martın 8-i saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

“Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib. Saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb. Bütün reanimasiyon tədbirlərə baxmayaraq martın 20-si saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, daha öncə yayılan məlumatda bildirilirdi ki, Nahidə Abasova körpəsini evdə dünyaya gətirib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri