“Həkimlər lazım olmayan qida əlavələrini reseptə yazırdılar”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Elə vitaminlər var ki, onlara resept verilir. Müəyyən vitaminlər var ki, onları reseptsiz də əldə etmək olar".
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən plenar iclasda Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, həkimin xəstəliklə bağlı bir çox tövsiyəsi olur: “Bu, xəstənin qidalanması, davranışı və digər məsələlərlə bağlıdır. Ona görə dərman vasitələri olmayan preparatların reseptə yazılması qadağandır. Bunu ona görə qadağan etdi ki, süni istifadə etmə halları olurdu. Həkimlər bəzən lazım olmayan aktiv qida əlavələrini reseptə yazırdılar. Bu da xoşagəlməz hallara gətirib çıxarardı.
Həkim hesab edirsə, uşağa süni qida maddəsi lazımdır, tövsiyə edəcək və onun əldə olunması üçün reseptə ehtiyac yoxdur. Həkim qida əlavələrini reseptə yaza bilməz. Tövsiyə edə bilər ki, təyin etdiyim dərman vasitələri ilə bərabər qida əlavələrindən də istifadə edə bilərsiniz. Onların reseptdə göstərilməsi düzgün deyil. Buna görə də “Dərman vasitələri haqqında” qanunda bunu qadağan etmişik”, - deyə Ə.Əmiraslanov qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 10 Dekabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















