Icma.az
close
up
RU
Həkimlər səhv diaqnoz qoymağa görə hansı məsuliyyəti daşıyır?

Həkimlər səhv diaqnoz qoymağa görə hansı məsuliyyəti daşıyır?

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizdə həkim səhlənkarlığı, yanlış və ya gec qoyulan diaqnozlar səbəbindən ağır fəsadlarla üzləşən insanların sayı az deyil. Tibbi səhvlər nəticəsində vətəndaşların həyatına və sağlamlığına dəyən zərər son dövrlərdə daha qabarıq şəkildə özünü göstərir. Bu cür halların artması əmək qabiliyyətinin itirilməsi, eləcə də ölüm faktlarının çoxalmasına gətirib çıxarır.

Xüsusilə gənc yaşlarda insult keçirən şəxslərə düzgün diaqnoz qoyulmaması hallarına tez-tez rast gəlinir. Məsələn, ürək tutması keçirən yaşlı bir xəstənin təcili tibbi yardım şöbəsindən sadəcə mədə narahatlığı diaqnozu ilə, bir şüşə antasid verilərək evə buraxılması kimi hallar mövcuddur. Belə yanlış yanaşmalar bəzən xəstənin həyatına son qoyur, bəzən isə geri dönməz sağlamlıq problemləri yaradır.

Bu tip tibbi səhvlər yalnız xəstələr üçün deyil, eyni zamanda həkimlərin peşə fəaliyyəti baxımından da ciddi nəticələr doğurur. Həkimlərin diaqnostika və müalicə ilə bağlı öhdəlikləri qanunvericiliklə müəyyən olunub. Tibbi səhv nəticəsində sağlamlığa zərər dəydikdə, həkimlər təkcə etik normalara görə deyil, hüquqi baxımdan da cavabdehlik daşıyırlar.

Bəs düzgün diaqnoz qoymayan və xəstəyə məsuliyyətsiz münasibət göstərən həkimlərin hüquqi məsuliyyəti necə müəyyən edilir və onları hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Gununsesi.info-ya açıqlama verib.

Onun sözlərinə görə, vətəndaşlar tibbi səhvlə üzləşdikləri anda hüquqi müstəvidə addımlar atmalıdırlar. Əgər həkim səhlənkarlığı nəticəsində xəstənin sağlamlığına zərər dəyibsə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya aidiyyəti üzrə şəhər və rayon prokurorluqlarına müraciət edilərək araşdırma aparılması tələb oluna bilər.

Hüquqşünas qeyd edib ki, həkimin yanlış diaqnoz qoyması, səhv müalicə tətbiq etməsi və ya peşə borcunu lazımi səviyyədə yerinə yetirməməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən cinayət tərkibi yarada bilər. Bu maddəyə görə, vəzifəli şəxsin öz vəzifəsinə səhlənkar yanaşması nəticəsində zərərçəkmiş şəxsə vurulan ziyan cinayət məsuliyyəti yaradır.

Cinayət məsuliyyəti cəzasız qalmır.

Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən, bu cür hallara yol verən həkimlər 1500 manatdan 3000 manatadək cərimə oluna, həmçinin 2 ilə qədər azadlığın məhdudlaşdırılması, 6 aya qədər həbs və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.

Əgər vəzifə səhlənkarlığı nəticəsində zərərçəkmiş şəxsə ağır bədən xəsarətləri yetirilərsə, məsuliyyət daha da sərtləşir. Bu halda həkimlər 3 ildən 5 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Ramil Süleymanov vurğulayıb ki, həkimlərin məsuliyyətli davranışı yalnız peşə etikası məsələsi deyil, eyni zamanda qanunun tələbidir.

Ayşən

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri