Icma.az
close
up
RU
Həkimlər xəbərdarlıq edir: Bu qidalar yayda təhlükəlidir!

Həkimlər xəbərdarlıq edir: Bu qidalar yayda təhlükəlidir!

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarşıdan ilıq və günəşli yay ayları gəlir. Bu fəsildə insanlar daha çox hərəkətli olur, açıq havada vaxt keçirir və geyimlərin yüngülləşməsi ilə bərabər öz görünüşlərinə daha çox diqqət yetirirlər. Yay mövsümündə sağlam qidalanma və düzgün çəki qorumaq məsələsi daha da aktuallaşır. 

Bir tərəfdən isti hava səbəbilə iştah azalır, digər tərəfdən isə tox qalmaq, eyni zamanda çəki almamaq kimi narahatlıqlar meydana çıxır. Bir çox insan bu dövrdə həm enerji verən, həm də yüngül və doyurucu qidalar axtarışında olur. Əsas məqsəd həm sağlamlığı qorumaq, həm də yay fəslini rahat və enerjili keçirməkdir. 

Əsasən yay aylarında hansı qidalara üstünlük verilməlidir? Saat neçədən sonra yemək yeməməlidirlər? Sağlam qidalar və meyvələr hansılardır?


Suallarımızı cavablandıran dietoloq Sevinc Həsənzadə Sherg.az-a bildirdi ki, yayda istilərlə əlaqədar insanların əksəriyyəti gündəlik planlarını əsasən gün batandan sonraya saxlayır, axşam isə gec saatlarda yatırlar:

“Beləliklə, yuxu rejimi pozulur, orqanizm öz fəaliyyətini düzgün adaptasiya edə bilmir. Yay aylarında havaların isti və nəm olması ilə əlaqədar olaraq qanın qatılaşması baş verir və bunun nəticəsində risk faktoru kimi arterial hipertenziya və bir sıra ürək-damar xəstəlikləri yaranır. Ümumiyyətlə, yay aylarında qidalanmanın bir neçə qızıl standartı var. Onlardan birincisi, çoxlu su qəbulu, ikincisi, qida rasionunda kalorili yeməklərin miqdarının azaldılması və üstünlüyün tez həzm olunan qidalara, meyvə-tərəvəzə verilməsidir. Yağlı və xəmir xörəklərinin qəbulu azaldılmalı və axşamlar yatmazdan bir neçə saat əvvəl qida qəbul edilməlidir. Sağlam həyat tərzini təbliğ edən mütəxəssislər axşam saat 18:00-dan sonra yemək yeməməyi tövsiyə edir. Xüsusilə arıqlamaq istəyən və ya artıq çəki problemi olanlar bu saatdan sonra yeməkdən imtina edirlər ki, daha effektiv nəticə əldə olunsun. 

Odur ki, qidalanma rejimi hər kəsdə fərqlidir. İstər hormonal mübadilə, istərsə də insanın həyat tərzi, çalışdığı müəssisə, keçirdiyi xəstəliklər, yaşadığı ölkənin iqlim xüsusiyyətləri, qidalanması, ailə vəziyyəti, zərərli vərdişləri, yaş xüsusiyyəti və s. insanın həyat fəaliyyətinə və hormonların sürət mexanizminə birbaşa təsir göstərir. Tərəvəz və meyvələr qida rasionunun tənzimlənməsində, həmçinin orqanizmin minerallarla və vitaminlərlə zənginləşməsində əhəmiyyətli rola malikdir. Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri də meyvələri və tərəvəzləri mövsümündə istehlak etməkdir. Mövsümündə istehlak edilən meyvə və tərəvəzlərin faydaları daha çoxdur. Onların tərkibi vitaminlər, mikro və makroelementlər, zülallar, yağlar və karbohidratlarla zəngindir. Meyvələr günün ilk yarısında yeyilməlidir. Sağlam olun ,sağlam qidalanın “.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri