Icma.az
close
up
RU
Həkimləri reklam edən verilişləri hansı CƏZA GÖZLƏYİR?

Həkimləri reklam edən verilişləri hansı CƏZA GÖZLƏYİR?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda həkimlərin reklam edilməsinə qadağa qoyula bilər. Artıq bununla bağlı Milli Məclisdə “Reklam haqqında” qanuna əlavə və dəyişiklik edilməsi təklif edilib.
Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib ki, bir çox televiziyala kanallarında, şou proqramların tibbi xidmətin, həkimlərin heç bir normalara uyğun olmadan reklam olunması yolverilməzdir:
"Tibbi xidmətlərin reklam olunmasının əleyhinə deyilik, amma bunun müəyyən normaları var. Son dövrlərdə plastik cərrahiyyə, bədən şəkilləndirmə əməliyyatlarında, mədə kiçiltmə əməliyyatlarında bir çox ölüm hallarının, ağırlaşma hallarının baş verməsində şoudakı reklamların təsiri var. Bunların çoxunun tibbi göstərişi də yoxdur.
Həkimi şəxs olaraq reklam etmək dünyanın heç bir yerində yoxdur və "dünyanın ən yaxşı həkimi", "dünyanın ən yaxşı klinikası" demək doğru deyil. Reklam haqqında qanuna dəyişiklik edilsin. Tibbi xidmətlərlə bağlı reklamın normaları müəyyənləşdirilsin. Həkimin sponsorluq fəaliyyəti qadağan olunmalıdır"
Nəzərə alaq ki, bu gün həkimlər televiziyadakı verilişlərə çox yüksək ödəniş hesabına çıxırlar. Bəzi iddialara görə verilişlərə çıxan həkimlər ayda 18-20 min manatlarından keçməli olurlar
Və son araşdırmalar göstərir ki, reklam olunan həkimlərin çoxu dələduzluqla məşğul olur. Heç təsadüfi deyil ki, Səhiyyə Nazirliyi tərəfindən son bir ayda 25 estetik cərrahın lisenziyası ləğv edilib. İki həkimsə saxlanılıb. Bütün bunlarsa göstərir ki, həkimlərin reklamı peşəkarlığından daha çox kommersiya məqsədi daşıyır.

Qanunvericilik nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan reklam üzrə ekspert Cahid Həsənov deyib ki, istənilən vizual görüntü reklamdır:

“Heç kimə sirr deyil ki, bir sıra televiziyalarda ayrı-ayrı həkimlər gün ərzində 3-4 saat kamera qarşısında dayanırlar. Onların çıxışları da, təqdimatları də bütün hədləri aşır. Həkimlər elə təqdim edilir ki, guya onlarda ilahi bacarıq var və ölümlə üz-üzə qalan istənilən xəstəni sağalda bilmək bacarığındadırlar. Amma həmin verilişlərin aparıcıları həm qanunvericiliyin tələblərin pozur, həm də haqsız rəqabəti təşviq edirlər.
Məlumdur ki, “Reklam haqqında” qanuna görə reklam çarxında və yaxud reklam löhvəsində “ən” kimi qüvvətləndirici ifadələrdən istifadə etmək qadağandır. Lakin indiki teleaparıcılar müştəriləri olan həkimləri gözə soxmaq üçün “ölkənin ən yaxşı həkimi” və digər ifadələrdən istifadə edirlər. Bu isə yolverilməzdir.

Nəzərə alaq ki, həmin televiziyalarda reklam olunan həkimlərin bir çoxu barədə hazırda cinayət işinin istintaqı aparılır. Ona görə də həkimlərin limitsiz tərifinə və təşviqinə qadağa qoyulmalıdır. Həm də bu qanunvericilkdə təsbit olunmalıdır. Əks təqdirdə bu cür reklamlar çox insanın faciəsinə çevriləcək”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri