Icma.az
close
up
RU
“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr.Emin Hacıbalayevi təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr.Emin Hacıbalayevi təqdim edirik

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DR.EMİN HACIBALAYEV Mərkəzi Gömrük Hospitalında elektrokardioqramma, Holter monitorinqi, Fiziki yük sınağı (Stress test), Exokardioqrafiya, Transezofagial exo (TEE), Stress Exokardioqrafiya, Ambulator qan təzyiqi monitorizasiyası, Kardioversiya, Müvəqqəti süni ritm aparıcısı (Pacemaker) tətbiqi, İntraaortik balon pompası tətbiqi. Koronar angioqrafiya, PTKA (Perkutan trans luminal angioplastika), Yüksək riskli PTKA və stent tətbiqi, Xroniki total okkluziyalarda PTKA və stent, Ürək boşluqlarının kateterizasiyası, Döş qəfəsi və qarın aortaqrafiyası, Koronar angioqrafiya + bypass kontrolu, Periferik angioqrafiya, Renal angioqrafiya və Aortaqrafiya.Perikardiosintez prosedurlarını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/emin-hacibalayev.

Dr.Emin Hacıbalayev 2009-cu ildə Azərbycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirdikdən sonra – 2009-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalının Kardiologiya şöbəsində internatura keçmiş, 2010–2013-cü illərdə Rusiya Federasiyası, Moskva şəhərində yerləşən N.A. Bakulyov adına Ürək-damar cərrahiyyəsi üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışıb və invaziv kardiologiya sahəsində sertifikatla təltif olunub. 2012-ci ildə isə elə orada Kardio-cərrahi müdaxilələrdən sonra “Təcili kompleks USM diaqnostikası” kursunu müvəffəqiyyətlə bitirib.

Kardiologiyanın bütün sahələrində iş təcrübəsinə malikdir. Dr.Emin Hacıbalayev 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında invaziv kardioloq işləyir. Dr.Emin Hacıbalayev dünya mətbuatını daim izləyir, öz sahəsinə aid olan son nailiyyətləri toplayaraq təcrübəsini zənginləşdirir. Belə ki, tibbin son nailiyyətləri olan Ürəyin koronar damarlarının angioqrafiyası, balon angioqrafiya, aorta-koronar şuntlama, by-pass kontrol (şuntoqrafiya, balon angioplastika və stendləmə), periferik damarların angioqrafiyası (renal, aşağı və yuxarı ətrafların angioqrafiyası və müvəqqəti pacemakerin qoyulması) kimi mürəkkəb invaziv müdaxilələr həyata keçirir.
Dr.Emin Hacıbalayev 2019-cu ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin Bakıda keçirilən VIII Milli konqresində, 2022-ci ildə Türkiyə Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilən 38-ci Beynəlxalq Kardioloji konqresdə, 2023-cü ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan Kardiologiya Cəmiyyətinin “Besan” MMC və “Boston Scientific” şirkətlərinin birgə əməkdaşlığı əsasında keçirilən “Ürəyin damardaxili ultrasəs müayinəsi” ilə bağlı ana koronar & bifurkasiya: Rota Pro, Synergy/Megatron təlimində iştirak etmişdir.

Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür. Dr. Emin Hacıbalayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri