Icma.az
close
up
RU
“Həkimlərimizi tanıyın!” rubrikasında Vüsal Cəfərovu təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikasında Vüsal Cəfərovu təqdim edirik

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dr.Vüsal Cəfərov Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uşaqlarda anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik cinsiyyət sistemi xəstəlikləri; həzm sistemi anomaliyaları; qida borusu atreziyası, traxeya ezofagialfistula, 12 barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtıqları, anusun atreziyası, Hirşprung xəstəliyi, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya və volvlus-bağırsaq burulması, pilor darlığı, uşaqlarda qasıq yırtığı, hisroseli, qaraciyər və dalağın kistik xəstəlikləri; uşaqlarda təcili vəziyyətlər, bağırsaq keçməməzliyi, appendisit, yad cisim udulması, yad cisim aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları və uşaqlarda travmaların müalicəsi və cərrahi müdaxilələri ilə məşğul olur. SİA xəbər verir ki, həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/vusal-ceferov/.

Vüsal həkim 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili alıb. O, 2014-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalınsa uşaq cərrahı və uşaq uroloqu kimi, 2022-ci ildən isə Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı kimi fəaliyyət göstərir. Dr.Vüsal Cəfərov daim müxtəlif mötəbər beynəlxalq və yerli konfrans, seminar və toplantılarda iştirak edir, müasir tibbin yeniliklərini izləyir və öz təcrübəsində tətbiq edir. O, 2016-cı ildə Şimali Kipr Türk Cümhuriyyətində Beynəlxalq Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası konqresində, 2018-ci ildə Türkiyənin İzmir şəhərində 36-cı Beynəlxalq Uşaq Cərrahiyyəsi konqresində, 2019-cu ildə Qətərin Doha şəhərində VI Ümumdünya Uşaq Cərrahiyyəsi konqresində, 2021-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə Torakal Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə “Uşaqlarda döş qəfəsi deformasiyalarının cərrahi və qeyri-cərrahi – vakuum üsulu ilə müalicəsi” mövzusunda beynəlxalq konfransında və 2022-ci ildə Çexiya Respublikasının Praqa şəhərində Dünya Uşaq Cərrahları Assosiasiyasının təşkilatşılığı ilə keçirilən VII Dünya Uşaq Cərrahiyyəsi konqresində iştirak edib. Dr.Vüsal Cəfərov 2023-cü ildə Azərbaycan Respublikası Gömrük işini aparan Icra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə təltif olunub.

Həmçinin, Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr.Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türkiyə Uçaq Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdür. Vüsal Cəfərovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see153

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ

20 Dekabr 2025 19:54see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri