Icma.az
close
up
RU
Həkimlərin efirlərdə reklamı biabırçılıqdır PROFESSOR

Həkimlərin efirlərdə reklamı biabırçılıqdır PROFESSOR

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Kanallarda reklamı aparılan, özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir


Millət vəkilləri telekanallarda həkimlərin reklamına qarşı çıxıb. Yaxşı həkimin reklama ehtiyacı olmadığını qeyd edən millət vəkilləri Azərbaycanda həkim reklamının qadağan olunmasını təklif edib. Milli Məclisin yaz sessiyasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, bir sıra televiziya kanallarında şou proqramlarında, tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmayan reklam edilməsi göz önündədir: 

“Reklam edilməsi bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi deontologiya və tibbi etika da gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə, bədən şəkilləndirmə, mədə kiçiltmə əməliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Bunların çoxunun tibbi göstərişi də yoxdur. Ümumiyyətlə, həkimlərin şəxs olaraq reklam edilməsi, dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur”.

Deputat Aqil Abbas da təklif edib ki, yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” qanuna dəyişikliklər daxil edilsin:

"Sovet hökuməti dövründə heç bir həkimi qəzetdə tərifləməyə icazə yox idi. Jurnalistlər həkim haqqında xoş söz yazanda belə onu cəzalandırırdılar. Bu gün televiziyada bütün şou proqramlarda həkimlərin və dərmanların reklamı gedir. Buna bir əncam çəkmək lazımdır. Bu gün hərəsi bir yerdən diplom alanların, gedib Harvardda filan kurs keçənlərin reklamı gedir. Bu dərəcədə həkim reklamı düzgün deyil. “Reklam haqqında” qanuna yenidən baxılsın. Bu, televiziyalara böyük ziyan vuracaq. Çünki özəl kanallar arvad davası və həkim, dərman reklamı ilə dolanır”.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, həkimlərin efirdə reklamına məhdudiyyət yoxdur. Qanunvericilikdə bu məsələ "Reklam haqqında" qanunun 29-cu maddəsi ilə tənzimlənir: "Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı" ilə bağlı maddədə qeyd edilib ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Buraya donor orqanların reklamı da aiddir. Həmçinin kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir".

Göründüyü kimi, qanunvericilik həkimlərin efirlərdə reklamını qadağan etmir.


Tibb elmləri doktoru, professor Adil Qeybulla isə “Sherg.az”a açıqlamasında dünyanın hər yerində həkimlərin reklamının birmənalı olaraq qadağan olduğunu deyib: “İnsanların sağlamlığı məsələsi milli strateji məsələdir. Amma bu gün həkimlər televiziyaya çıxıb özünü reklam edirlər. Televiziyalarda danışan həkimlər haqqında neqativ fikirlər demək istəmirəm. Kimin kim olması hər kəsə bəllidir. Biz onların istedadına da, gücünə də bələdik. Çox təəssüflər olsun ki, "N1” adlandırılan həkimlər savadına görə axırıncı sıralarda dayanan insanlardır. Kanallarda reklamı aparılan, özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan, anatomiyadan xəbəri olmayan şəxslərdir. Təəssüf ki, camaat buna inanır və reklama uyur. Reklamı güclü gedən həkimə tələbat artır və bu da həmin həkimi məşhurlaşdırır, qəbul qiymətini artırır. Bizim millət belə reklamlara, qəbulu baha olan həkimə daha çox inanıb etibar edir. Hansısa həkim çıxıb deyir ki, bu mənim öz müalicə üsulumdur. Sən kimsən axı, öz üsulun da ola?! Həkim hər hansı xəstəlikdən danışa, onun müalicə prosesindən çəkiliş edə bilərlər. Amma onları efirə çıxardıb pul xatirinə reklam etmək insanların sağlamlığına da təhdiddir. Müalicə metodunun reklamı ayrıdır, bu, informasiya xarakterlidir. Ancaq bu həkimə gəlin, bu, respublikada bir nömrəli ginekoloqdur, nə bilim, qulaq həkimidir... Belə reklam biabırçılıqdır. Bilinir ki, söhbət nədən gedir".

İcbari tibbi sığortanın həkimlə xəstə arasında münasibətləri tənzimləyən sistem olduğunu xatırladan həkim deyib ki, bütün həkimlər növbəli şəkildə xəstələrə baxsa, bir sıra həkimlərin reklamına ehtiyac qalmayacaq. Bu sahədəki problemləri görmək lazımdır, bununla bağlı məsələlər müzakirə olunmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2025 07:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri