Icma.az
close
up
RU
Həkimlərin əzmkarlığını sarsıtmayın Məzahir Quliyev həbs olunan cərrahdan yazdı

Həkimlərin əzmkarlığını sarsıtmayın Məzahir Quliyev həbs olunan cərrahdan yazdı

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.



Məzahir Quliyev


Rinoplastik cərrah,

LOR həkim



Həkimlik sadəcə bir peşə sahibi olmaq deyil, həm də öz həyatını başqalarına həsr etmək deməkdir. Biz həkimlər hər gün, hər saat, hər dəqiq öz ixtisasımıza uyğun olaraq, insanları xilas etməyə, onların həyatını qorumağa, ən dərin ağrılarından qurtarmağa çalışırıq. Hər əməliyyat bir insanın ümidi, hər müdaxilə bir ailənin gələcəyidir. Amma bəzən, hər şeyin ən yaxşısını etsək də, həyatın və taleyin qarşımıza çıxartdığı çətinliklərdən heç vaxt "tam sığortalı" olmuruq.

Heç bir həkim əməliyyatdan sonra fəsadlaşmalar və gözlənilməz, arzuolunmaz hallardan sığortalanmayıb. Biz hər zaman maksimum diqqət və tədbirlərlə işimizi görürük – əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ehtimal olunan fəsadlaşmaların qarşısını almaq üçün lazım olan hər şeyi edirik. Lakin, bəzi hallarda ən mükəmməl hazırlıq belə kifayət etməyə bilir. Biz heç vaxt bunu unutmuruq və hər əməliyyata Allaha inam və dua ilə başlayırıq, çünki bəzən yalnız tibbi profilaktik tədbirlər kifayət etmir, inam və dua da bizə güc verir.

Bu gün həmkarımız Sənan doktorun üzləşdiyi faciə ilə bir daha gördük ki, bütün hazırlıqlarımıza baxmayaraq, bəzən nəticələr bizim nəzarətimizdən kənarda qala bilir. Sənan doktor, ən yaxşı niyyət və hazırlıqla əməliyyatı həyata keçirdi, amma nəticələr bəzən istədiyimiz kimi olmur. Bu nəticə ilə bağlı ətraflı araşdırma və ekspertizalar başa çatmamış, sadəcə səslənən iddialar əsasında ona 3 aylıq həbs qərarının verilməsi, yalnız onun deyil, bütün həkimlərin motivasiyasına mənfi təsir edir.

Bu qərar yalnız Sənan doktorun deyil, hər birimizin zəhmətinə, fədakarlığına, əzminə və insanlığımıza qarşı mənfi münasibətdir. Biz gecə-gündüz çalışırıq, öz sağlamlığımızı və şəxsi həyatımızı riskə atırıq, amma nəticə olaraq nə görürük? Biz həkimlər, istər-istəməz günahlandırılırıq. Bizim çəkdiyimiz əzab və çətinliklər heç zaman görülmür, amma heç vaxt öz işimizə olan sevgimizi və insanlara qarşı məsuliyyətimizi itirmirik, çünki biz işimizi sevirik və peşəmizin haqqını vermək üçün and içmişik.

Sənan doktor haqqında verilən Bu qərar, yalnız bir insanın haqqını yox, bütün həkimlərin haqlarını təhdid edir. Bizim işimiz insanları xilas etməkdir, amma biz həkimlər, özümüzü necə sığortalayacağıq? İnsanlara həyat bəxş edib onları məmnun etmək üçün əlimizdən gələni edirik, bizə qarşı bu qədər ağır davranılmasının səbəbi nədir?

Həkimlər yalnız tibbi bacarıqları ilə deyil, ürəkləri ilə və vicdanları ilə işləyirlər. Bunu ailəsində həkim olan hər kəs bilir. Amma indi biz yalnız bir sual veririk: Bizi kim qoruyacaq?

Hər bir həkim bu sualı öz daxilində daşıyır. Amma biz inanırıq ki, ədalət nəhayət, hər birimizə, həm də Sənan doktora münasibətdə yerini tapacaq. Çünki biz həkimlər, nə olursa olsun, insanları xilas etməyə davam edəcəyik. Amma yalnız bir şərtlə: öz həyatını qurban vermək bahasına insanların həyatını xilas etməyə hazır olan bir həkim olaraq (bunu COVİD pandemiyası sübut etdi) bizim də haqlarımız qorunmalıdır.

Sənan doktor yalnız bir həkim deyil, o, bizlərin, ümumiyyətlə, bütün tibbi cəmiyyətin bir üzvüdür. Onun fədakarlığı bizim hamımızın səsidir. Ona və hər bir həkimə dəstək olmaq, yalnız bir peşəkarın deyil, bir insanın haqqını qorumaq deməkdir. Biz bu yolu yalnız birgə getməliyik, çünki bizdən sonra gələnlər, gənc nəsil həkimlər, onların motivasiyası üçün bu mübarizə daha da vacibdir.

Sənan doktorun vəziyyəti, yalnız bir həkimin faciəsi deyil, bütün tibb işçilərinin haqqını tapdalayan bir hadisədir. Biz tibb işçiləri olaraq hər bir nəticə üçün məsuliyyət daşıyırıq, amma təəssüf ki, nəticələr bəzən bizim istədiyimiz kimi olmur. Odur ki, hüquq-mühafizə orqanlarından xahiş edirik: Həkimlərin əzmkarlığını sarsıtmayın.

Biz inanırıq ki, ədalət yerini tapacaq və hər bir həkim haqqını alacaq. Biz insanları xilas etməyə davam edəcəyik, amma bir şərtlə – bizim hüquqlarımız, bizim əzmkarlığımız qorunmalıdır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 27 Yanvar 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri