Icma.az
close
up
RU
Həkimlərin reklamı ilə bağlı Audiovizual Şuradan AÇIQLAMA

Həkimlərin reklamı ilə bağlı Audiovizual Şuradan AÇIQLAMA

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin plenar iclasında müzakirə olunan mövzulardan biri də həkimlərin televiziyalarda reklamlarının çoxalması ilə bağlı olub. Millət vəkili Aqil Abbas təklif edib ki, "Reklam haqqında" qanuna dəyişiklik edilsin. O, bu qərarın televiziyalara zərər verəcəyini də istisna etməyib.

Bəs həkimlərin efirlərdə reklam olunması ilə bağlı hansı nəzarət tədbirləri və tənzimlənmələr mövcuddur?

Bu barədə Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, adıçəkilən məsələlər “Reklam haqqında” Qanun ilə tənzimlənir. Tibb işçilərinin televiziyada reklam edilməsi dedikdə, bu, onların sponsor qismində çıxış edə bilməsi və ya onların göstərdikləri xidmət, müalicə metodlarının reklam olunması məsələlərinə aid ola bilər:

““Reklam haqqında” Qanunun 29.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında yalnız resept olmadan buraxılan dərman vasitələri, istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi vasitələr, müalicə, profilaktika və diaqnostika metodları reklam oluna bilər. Həkimlərin də reklam etdiyi mövzular bu yöndədir. Həkimlər tərəfindən müalicə, profilaktika, diaqnostika və ya reabilitasiya metodlarının reklam edilməsi qanunvericiliyə uyğundur”.

T.Quliyev “Reklam haqqında” Qanunun 4-cü maddəsində qeyd olunan reklama dair ümumi tələbləri də nəzərə çatdırıb:

“Həmin tələblərdən biri də lisenziyalaşdırılan fəaliyyət sahəsi ilə bağlıdır. Lisenziyanın qeydiyyat nömrəsi və təmin edən orqanın adının qeyd edilməsi məsələsi vacibdir. Əczaçılıq, özəl tibb fəaliyyəti, dərman vasitələrinin istehsalı, onların topdan və ya pərakəndə satışı lisenziyalaşdırılan sahəyə aiddir və həmin əmtəə və xidmətlərin reklamı zamanı bu lisenziya barədə məlumat verilməlidir.

İnzibati Xətalar Məcəlləsinə əsasən “Media haqqında” və “Reklam haqqında” Qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslərə 2500 manatdan 3500 manatadək, hüquqi şəxslərə isə 8000 manatdan 10000 manatadək cərimə sanksiyası tətbiq edilə bilər. Audiovizual mediada “Reklam haqqında” Qanundan irəli gələn istənilən pozuntu bu cərimələrin tətbiq edilməsi ilə nəticələnə bilər”.

Qurum rəsmisi həkimlərin televiziya kanallarında reklamlarının artması məsələsi ilə bağlı qeyd edib ki, tibbi vasitə və xidmətlərinin, dərman vasitələrinin və bu kimi məsələlərlə bağlı reklamlar audiovizual mediada həmişə olub və hazırda xüsusi bir çoxalma tendensiyası müşahidə olunmur:

“Sadəcə olaraq son dövrlər baş verən aktual problemlərlə bağlı bu məsələlər daha çox gündəmdə olur. Əslində, televiziya və radio kanallarında qanunvericilik tələblərinə cavab vermədiyinə görə yayımlanmayan bir çox reklam materialları var ki, onlar sosial şəbəkələrdə geniş vüsət alır və bu da təbii ki, ictimaiyyəti narahat edir. Sevindirici hal budur ki, sosial şəbəkələrdə gedən qanunvericiliyə zidd olan reklamlara görə də son zamanlar müvafiq qurumlar zəruri tədbirlər görürlər”.

T.Quliyev əlavə edib ki, Audiovizual Şura açıq yayımda olan ümumölkə yerüstü televiziya və radio kanallarında yayımlanan reklam materiallarını daim diqqətdə saxlayır:

“Son zamanlar aparılan monitorinqlər bu istiqamətdə xüsusi pozuntu hallarının olmasını aşkar etməmişdir. Pozuntu halı baş verdiyi zaman Audivizual Şura tərəfindən zəruri müdaxilələr olur. 2024-cü il ərzində isə “Reklam haqqında” Qanunun pozulmasına görə bir sıra yayımçılar barədə protokollar tərtib edilmiş, müvafiq məhkəmələrə göndərilmiş və onlar cərimə edilmişdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri