Həlak olanların sayı 12 nəfərə çatıb
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Hurriyyet.az xəbər verir ki, Hondurasın qərbində yerləşən Roatan adasında baş vermiş təyyarə qəzasında həlak olanların sayı 12 nəfərə çatıb. 5 nəfər sağ qalıb. Bir nəfər itkin düşüb.
Bu barədə Honduras Milli Polisi sosial şəbəkələrdə məlumat verib.
"Lanhsa" aviaşirkətinə məxsus təyyarə Roatan adasındakı Xuan Manuel Qalves aeroportundan havaya qalxdıqdan dərhal sonra dənizə düşüb. Təyyarənin La-Seyba şəhərinə uçuşu planlaşdırılıbmış.
Honduras Milli Polisinin məlumatına görə, 33 sərnişin yeri olan "Jetstream 41" modelli təyyarənin uçuş zamanı mexaniki nasazlıq baş verib. Təyyarə umuş-eniş zolağından təqribən 1 km məsafədə dənizə düşüb.
Hürr Tərcüman

Kiyevə hava hücumu zamanı həlak olanların sayı 12 nəfərə çatıb YENİLƏNİB VİDEO
28 Avqust 2025 11:56
Zelenski: Sumıda həlak olanların sayı 31 nəfərə çatıb
13 Aprel 2025 16:02
Qəzzada həlak olanların sayı 54 418 nəfərə çatıb
01 İyun 2025 20:45
Qəzzada həlak olanların sayı 64 231 nəfərə çatıb
04 Sentyabr 2025 18:45
Almaniyaniyada həlak olanların sayı 5ə çatıb
22 Dekabr 2024 02:56

