Həlak pilotla bağlı TƏSİRLİ PAYLAŞIM
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin pilotlarından biri Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub.
News24.az xəbər verir ki, bu barədə lisey məlumat yayıb.
Bildirilib ki, Aleksandr Kalyaninov liseyin ən parlaq məzunlarından biri olub və uşaqlıq arzusu olan pilotluq peşəsinə yiyələnib.
"Bu faciə təkcə ölkə üçün deyil, bizim üçün də şəxsi itkiyə çevrildi. Aleksandr arzularını gerçəkləşdirdi, pilot oldu və böyük uğurlar qazandı. Təəssüf ki, o, həyatdan çox erkən ayrıldı, lakin xidməti zamanı onlarla insanın həyatını xilas etdi" , - deyə liseydən bildirilib.
Həmçinin qeyd olunub ki, Kalyaninov tələbə olduğu illərdə liseyə Türkiyədən onun haqqında "Təşəkkür" məktubu göndərilib.
"Biz onu ağıllı, savadlı və mərd bir insan kimi tanıyırdıq. Hər dəfə uçan təyyarənin səsini eşidəndə Aleksandrı xatırlayacağıq. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk" , - liseyin açıqlamasında vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 26 Dekabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















