Icma.az
close
up
RU
Hələ də dərk etmirik ki, “Qarabağ” harada oynayır ŞƏRH

Hələ də dərk etmirik ki, “Qarabağ” harada oynayır ŞƏRH

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" UEFA Çempionlar Liqasında indiyədək topladığı altı xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Maraqlıdır, təmsilçimizin pley-off mərhələsinə yüksəlmək şansı nə qədərdir?

Futbol eksperti Natiq Muxtarlı Metbuat.az-a açıqlamasında bildirib ki, əgər biz indidən “Qarabağ”dan pley-offa çıxmağı tələb etsək, onda heç vaxt pley-offa adlaya bilməyəcək:

“Biz hələ də dərk etmirik ki, “Qarabağ” harada oynayır. Söhbət Çempionlar Liqasından gedir. Burada Avropanın ən güclü komandaları, öz ölkələrinin çempionları, “top-5” liqanın ən nəhəng klubları çıxış edir. Buna görə də burada konkret proqnoz vermək olduqca çətindir. “Qarabağ” çox uğurlu başlayıb, ilk iki turdan sonra 6 xal toplayıb. Ən nikbin azarkeş belə bunu əvvəlcədən gözləmirdi. Ona görə də biz “Qarabağ”dan nəsə tələb etməməliyik. Çünki onun gücü, səviyyəsi və imkanları ilə rəqib olduğu nəhəng klublar müqayisəyə gəlmir”

N.Muxtarlının fikrincə, Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni davam etdirəcək və hər rəqibdən xal almağa çalışacaq, qalib gəlmək üçün bütün gücünü ortaya qoyacaq:

“Məsələn, “Qarabağ” “Atletiko”ya uduza bilər, amma Bakıda “Çelsi”yə qalib gələ bilər. Çünki bu gün “Qarabağ” elə bir komandadır ki, istənilən rəqibdən xal ala bilər. Çempionlar Liqasının özəlliyi də elə bundadır, burada istənilən komanda digərindən xal ala bilər. Ona görə də birmənalı proqnoz vermək düzgün deyil. Mənim tövsiyəm odur ki, Azərbaycan ictimaiyyəti “Qarabağ”ı təzyiq altında saxlamasın. Bu klubun Çempionlar Liqasının qrup mərhələsində oynamağı özü-özlüyündə Azərbaycan futbolu üçün böyük nailiyyətdir. Biz bu uğurdan təsəlli tapmalıyıq. Əlbəttə, hər kəs istəyir ki, pley-offa adlasın. Amma bunu tələb şəklində ortaya qoymaq düzgün deyil. Çünki bu, komandaya əlavə təzyiq yaradır. Mən əminəm ki, “Qarabağ” heç bir rəqibə mübarizəsiz uduzmayacaq. İlk iki oyunda toplanan 6 xal onsuz da komandanın böyük şans əldə etməsinə imkan yaradıb”.

Ekspert qeyd edib ki, bundan sonrakı rəqiblər daha güclüdür, Qarabağa qarşı daha ciddi hazırlaşacaqlar:

“Amma heç vaxt əvvəlcədən demək olmaz ki, “Qarabağ” bütün oyunlarda uduzacaq və ya əksinə, hamısında qalib gələcək. Biz sadəcə ona dəstək verməliyik. Söhbət ilk “8-lik”dən getmir, ora düşmək real deyil deyə düşünürəm. Amma “Qarabağ” qalan oyunlarda 6 xal da toplaya bilsə, ən azı ilk “24-lük”də qərarlaşa bilər. Hətta bu xal toplanmasa belə, xüsusən də futbolumuzun bu vəziyyətində bütün Avropanın “Qarabağ”ı müzakirə etməsi böyük nailiyyətdir. İlk dəfə azərbaycanlı futbolçunun Çempionlar Liqasında “oyunun ən yaxşısı” seçilməsi də tarixi hadisədir. Biz bu məqamları qabartmalı və addım-addım irəliləməliyik”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri