Icma.az
close
up
RU
“Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik” Prezident

“Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik” Prezident

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

O bildirib ki, bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var:

“Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə kanalizasiya-su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin, əlbəttə ki, Bakının nəqliyyat problemləri həll olunacaq.

Hamımız yaxşı bilirik ki, - bəlkə siz bunu məndən də yaxşı bilirsiniz, - yol hərəkəti bu gün həqiqətən də ciddi problemdir. Əvvəlki illərdə biz çox iş görmüşük, 50 tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda 2500 kilometr yol salınmışdır. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr yol. Hamımız, - bəlkə hamımız yox, - amma Mirşahin və mən buradan Bakı şəhərinə gedən yolun necə olduğunu çox yaxşı xatırlayırıq. O vaxt cəmi bir yol var idi. Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində yeddi stansiya tikilib, lakin bu, kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün bunlar üçün vəsait cəlb etməliyik, çünki bu, bizə xeyli maliyyə qənaəti edəcək və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see440

Sabah İngiltərə klubundan futbolçu transfer etdi

01 Avqust 2026 22:07see316

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see305

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürüb

02 Avqust 2026 03:46see298

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see294

Keçmiş kənd təsərrüfatı naziri İsveçrədə vəfat edib

01 Avqust 2026 20:58see283

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see275

Azərbaycan Prezidentinin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib

01 Avqust 2026 22:05see243

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see233

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see208

Macarıstan qənaət rejiminə keçir

02 Avqust 2026 00:34see188

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see184

Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir

02 Avqust 2026 00:43see183

Olmayan İslam həmrəyliyimizin lakmus kağızı ...

02 Avqust 2026 01:12see183

Bu Avropa ölkəsinin vətəndaşlarının 40% dən çoxu milyonçudur... İBRƏTAMİZ

02 Avqust 2026 08:49see179

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see177

Peruda turist təyyarəsi qəzaya uğrayıb, 13 nəfər ölüb

02 Avqust 2026 01:53see173

Tramp İrana genişmiqyaslı zərbə endirməyə yaxındır İsraildən İDDİA

02 Avqust 2026 05:15see168

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see166

ÜST: Ebola virusu nəzarətdən çıxır

02 Avqust 2026 02:30see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri