Icma.az
close
up
RU
Hələ heç bir ölkə ilə belə müqavilə imzalanmayıb KONKRET

Hələ heç bir ölkə ilə belə müqavilə imzalanmayıb KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə qazandığı yüksək dinamikanın və strateji xarakterin növbəti göstəricisi kimi qiymətləndirilir. Səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri həm Azərbaycan, həm də Özbəkistanın milli maraqları baxımından mühüm hadisədir.

Onun sözlərinə görə, son beş ildə iki ölkə arasında münasibətlər xüsusilə intensiv inkişaf edib:

“Bu dövr ərzində qarşılıqlı olaraq hər iki dövlət başçısının 15-ə yaxın səfəri həyata keçirilib. Münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik münasibətlərinə yüksəlib. Son səfər çərçivəsində imzalanan sənədlər isə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm addımdır”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan və Özbəkistan indiyədək beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinin mövqelərini dəstəkləyib, bir sıra məsələlərdə vahid mövqe nümayiş etdiriblər.

Oqtay Qasımovun fikrincə, Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq prosesinə verdiyi töhfə də iki ölkə arasındakı münasibətlərin praktik xarakterini nümayiş etdirir:

“Özbəkistan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinə töhfə verən ölkələr sırasındadır. Bu, münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret layihələr və qarşılıqlı dəstək üzərində qurulduğunu göstərir”.

Ekspert hesab edir ki, Özbəkistanın Mərkəzi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malik olması Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Onun sözlərinə görə, ölkənin investorlar üçün cəlbediciliyinin artması Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm amildir.

“Bu səfər yalnız iki ölkə arasındakı münasibətlər baxımından deyil, bütövlükdə Türk dünyası üçün də əhəmiyyətlidir. Azərbaycan–Özbəkistan əlaqələrinin dərinləşməsi türk dövlətləri arasında inteqrasiya proseslərinə müsbət impuls verə bilər”, – deyə Oqtay Qasımov vurğulayıb.

Siyasi şərhçinin sözlərinə görə, qarşıdakı dövrdə əsas hədəflərdən biri iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasıdır. Bununla yanaşı, qarşılıqlı investisiyaların genişləndirilməsi, enerji, nəqliyyat və logistika sahələrində birgə layihələrin sürətləndirilməsi də əsas istiqamətlərdəndir.

Oqtay Qasımov turizmin inkişafının da Azərbaycan–Özbəkistan əlaqələrinin yeni mərhələsində xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, xalqlar arasında tarixi, mədəni və etnik yaxınlıq turizm və humanitar əlaqələrin daha da genişləndirilməsi üçün ciddi potensial yaradır.

Ekspert xüsusilə enerji və nəqliyyat sahəsində perspektiv layihələrə diqqət çəkib. Onun sözlərinə görə, gələcəkdə Xəzər dənizinin dibi ilə enerji xətlərinin çəkilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və Xəzər üzərindən yükdaşımaların artırılması iki ölkənin iqtisadi əlaqələrinə yeni dinamika verə bilər.

“Xəzər dənizində daşımalarla bağlı imkanların genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlığın daha yüksək mərhələyə keçməsinə şərait yarada bilər. Burada Azərbaycanın Xəzər hövzəsindəki nəqliyyat və logistika imkanları ilə Özbəkistanın Mərkəzi Asiyadakı mövqeyi bir-birini tamamlayır”, – deyə siyasi şərhçi bildirib.

Oqtay Qasımov hesab edir ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bundan sonra da inkişaf etdirilməsi təkcə ikitərəfli əlaqələr üçün deyil, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin sürətləndirilməsi baxımından da mühüm nəticələr verə bilər.

Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi müttəfiqlikdən iqtisadi, nəqliyyat, enerji və humanitar sahələri əhatə edən çoxşaxəli strateji əməkdaşlığa doğru inkişaf etdiyini bir daha nümayiş etdirir. Qarşıdakı dövrdə müəyyənləşdirilən hədəflərin reallaşdırılması iki ölkə arasında əlaqələri daha da möhkəmləndirməklə yanaşı, bütövlükdə Türk dünyasında inteqrasiya proseslərinə mühüm töhfə verə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Avqust 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri