Icma.az
close
up
RU
“Hələ ki, sonu görünməyən bu savaşdan qazanan Vaşinqton və Pekindir...”

“Hələ ki, sonu görünməyən bu savaşdan qazanan Vaşinqton və Pekindir...”

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Vaşinqton Qərbin və Ukraynanın iştirakı və mənafeləri nəzərə alınmadan Moskva ilə anlaşmağa çalışır. Bunun üçün də təhlükəsizlik məsələləri deyil, iqtisadi maraqlar prioritet təşkil edir...”

Son vaxtlar bir sıra şərhçilər iddia edirlər ki, Trampın Ukraynanı Rusiya qarşısında təslimçiliyə, ərazi güzərştlərinə vadar etməyə çalışmasının səbəblərindən biri də ABŞ-ın Rusiya və Çinin ciddi hərbi-siyasi, həm də iqtisadi ittifaq yaradacağı və bunun qarşısında duruş gətirə bilməyəcəyi ilə bağlıdır. Məgər Amerikanın bütün kollektiv Qərb, yəni Avropa, həmçinin Kanada, Avstraliya, Cənubi Koreya, Yaponiya kimi ölkələrlə bütün gücünü ciddi şəkildə və bu yolla Ukraynanın da müdafiəsini təşkil edəcəyi şəkildə Rusiya-Çin ittifaqına qalib gəlməsi mümkün deyilmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Oruclu bunları söyləyib:

“Ukrayna -Rusiya müharibəsinin həlli ilə bağlı Qərbdə yekdil fikir yoxdur. Bir sıra dövlətlər Moskvaya güzəştə gedilməsinin vacib sayırlar. Məlum olduğu kimi, Avropa İttifaqına sanksiyaların tətbiqinə Macarıstan qarşı çıxaraq, veto hüququndan istifadə edib. Əsasən Trampın prezident seçilməsindən sonra yürütdüyü siyasət Birləşmiş Ştatlarla Qərb arasında ziddiyyətlər yaratdı. Vaşinqton Qərbin və Ukraynanın iştirakı və mənafeləri nəzərə alınmadan Moskva ilə anlaşmağa çalışır. Bunun üçün də təhlükəsizlik məsələləri deyil, iqtisadi maraqlar prioritet təşkil edir... 

Tramp yaranmış beynəlxalq vəziyyətdən Putinlə əlverişli ticari sövdələşmələrə can atır. Yaxşı da anlayır ki, Birləşmiş Ştatların dəstəyi olmadan müharibəni Ukraynanın udması elə də asan deyil. Qərb də, Ukrayna da indiki halda ABŞ-a möhtacdır. Qərb indi özünün müdafiə qabiliyyətinin qayğısına qalmaqdadır. Tramp da bu prizmadan yanaşaraq maksimum divident qazanmağı hədəfləyir. O, Rusiyanın zəngin resurslarına və geniş bazarına güzəştli giriş əldə etməyə çalışır. Çin hazırda bu imkanları ələ keçirib. Şərtləri də diqtə edən tərəf olub. Trampın 28 maddəlik təklif etdiyi sülh planı da əslində Kremlin maraqlarına uyğun hazırlanıb.  Müharibəni aparmaq üçün resurslar tükənir. Ancaq qarşıya qoyulan məqsəd və hədəflərə bu müddət ərzində nail olunmayıb. Bu, hələ ki, sonu görünməyən müharibədən qazanan Vaşinqton və Pekindir. Məsələnin əsil mahiyyəti də ondan ibarətdir ki, ABŞ qazanacağı divident və üstünlüklərə şərik qoşmaq istəmir. Bir müddət əvvəl Çin və ABŞ dövlət başçılarının görüşlərində müzakirələr ancaq iki tərəflərin mənfəətlərinə uyğun olan məsələlər ələ alındı. Ağ Ev Çinlə də ikitərəfli əməkdaşlığa üstünlük verir. Ancaq təhlükəsi ondadır ki, əgər Trampın 28 bəndlik sülh təklifi keçərsə, bu, beynəlxalq nizama neqativ təsir göstərəcək, xüsusən də Şərqi Avropadan, Qafqazlar da daxili Mərkəzi Asiyadək böyük bir coğrafiya gərginliyə rəvac vermiş olacaq...”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri