Hələ monitorun “plyonka”sını soymamışdı, qəzaya düşdü VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni avtomobil alanlar üçün ilk günlər xüsusi əhəmiyyət daşıyır – maşının hər detalı qoruyur, hətta ekran qoruyucularını belə çıxarmağa qıymırlar. Amma bəzən gözlənilməz qəzalar bu sevincin yerini böyük məyusluğa verə bilir.
Avtosfer.az xəbər verir ki, 2025-ci il model təzə avtomobilini alan bir sürücü, maşının üzərindəki jelatinləri belə çıxarmamışdı. Lakin baş verən qəza nəticəsində sevinci bir anda puça çıxıb. Sürücü avtomobilinin qəza sonrası tanınmaz hala düşmüş görüntülərini sosial şəbəkədə paylaşaraq, “Kişilər ağlamaz” sözlərini yazıb. Hadisə Türkiyədə yaşanıb.
Maşını hər yöndən çəkən sürücü sonda avtomobilin içərisindəki monitorun “plyonka”sının belə hələ də üzərində olduğunu, buna baxmayaraq qəza nəticəsində nəqliyyat vasitəsinin yararsız hala gəldiyini göstərib.
Yeni avtomobilini belə qəzada itirən sürücünün emosional paylaşımı izləyicilər tərəfindən həm təəssüf, həm də dəstək hissi ilə qarşılanıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 02 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















