Hələ Real tarixində Mbappe kimisi olmamışdı Di Stefanonun rekordu yeniləndi
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya çempionatının 36-cı turu çərçivəsində dünən baş tutan matçda "Malyorka"ya qol vurmaqla (2:1) yeni rekorda imza atıb.
Fanat.Az "OptaJose"yə istinadən xəbər verir ki, matçın 68-ci dəqiqəsində rəqib qapısına yol tapan fransalı ulduz 32-ci La Liqa matçında 28-ci dəfə adını tabloya yazdıraraq sabiq "Real"lı Alfredo Di Stefanonu geridə qoyub.
Argentina, Kolumbiya və İspaniya yığmalarının keçmiş hücumçusu 193/1954 mövsümündə debüt etdiyi "Kral klubu"nda 27 qolla yadda qalmışdı.
Qeyd edək ki, ötən ilin yayında azad agent qismində PSJ-dən ayrılaraq "Real"a qoşulan Mbappe İspaniya nəhənginin forması ilə bütün turnirlərdə 53 matç keçirməyə imkan tapıb. Kilian bu görüşlərdə 39 qol və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 May 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















