Icma.az
close
up
RU
Hələb Beynəlxalq Aeroportu fəaliyyətini dayandırdı

Hələb Beynəlxalq Aeroportu fəaliyyətini dayandırdı

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kürdlərin separatçı Suriya Demokratik Qüvvələri (SDF) ilə Dəməşq hökumətinin qüvvələri arasında atışmaların baş verdiyi Hələb şəhərində Beynəlxalq Aeroport fəaliyyətini dayandırıb.

Moderator.az xəbər verir ki, məlumatı Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin sədri Ömər əl-Husari X hesabında açıqlayıb: "Hələbin bəzi ərazilərindəki mövcud vəziyyət, eləcə də sərnişinlərin və heyət üzvlərinin təhlükəsizliyi nəzərə alınmaqla, Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsi bu gündən etibarən Hələb Beynəlxalq Aeroportuna və oradan uçuşları 24 saat müddətinə dayandırmaq qərarına gəlib".

Rəsmi şəxs planlaşdırılan uçuşların Dəməşq Beynəlxalq Aeroportuna yönləndiriləcəyini vurğulayıb.

Əl-İxbariyyə TV-nin son xəbərlərinə görə, Hələbin yaşayış məntəqələrində kürd döyüşçülərinin atəşi nəticəsində ən azı dörd mülki şəxs həlak olub, qadınlar və uşaqlar da daxil olmaqla 10 nəfər yaralanıb. Suriya TV öz növbəsində SDF qüvvələri ilə hökumət qüvvələri arasında bir neçə saat davam edən gərgin atışmadan sonra atəşkəsin əldə edildiyini bildirir.

6 yanvar səhəri SDF Şeyx Maqsud məhəlləsi yaxınlığındakı hökumət mövqelərinə hücum etmək üçün dronlardan istifadə edib. Zərbələr nəticəsində bir əsgər həlak olub, bir neçə nəfər yaralanıb. Kürd qüvvələrinin atəşkəsi pozmasına cavab olaraq, Suriya Ordusu Şeyx Maqsud ərazisində SDF-nin sursat anbarını məhv edib. Bundan sonra kürd qüvvələri ilə hökumət qüvvələri arasında intensiv atışma başlayıb. Əşrəfiyyə, Şeyx Maqsud və Əl-Midan rayonları və digər rayonlar atəşə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:286
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Yanvar 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri