Hələbdə hərbi hava limanı, Tel Rıfatda 3 kəndi PKK terrorçularından azad edildi
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müxalif Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Hələbdəki Kuveyris Hərbi Hava Limanını, Tel-Rifat bölgəsində 3 kəndi və bir yüksəkliyi PKK/YPG terrorçularından təmizləyib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tel Rıfatda Tel İneb, Mezeret Hamad, Zoyan kəndləri və Zuyan təpəsi nəzarət altına alınıb.
Kuveyris Hərbi Hava Limanının nəzarət altına alınması ilə PKK/YPG-nin formalaşdırmağa çalışdığı Tel Rifat-Münbiç lojistik xətti də kəsilib.
Suriya Ordusu geri çəkilərkən Kuveyris Hərbi Hava Limanını PKK/YPG terrorçularına təhvil verib.
Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.
Bizim.Media
Baxış sayı:102
Bu xəbər 01 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















