Icma.az
close
up
RU
Hələlik Ermənistanda səfirlik açmaq niyyətimiz yoxdur AÇIQLAMA

Hələlik Ermənistanda səfirlik açmaq niyyətimiz yoxdur AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanın razılığı olmasaydı, Pakistan nümayəndəsi Çində Ermənistan rəsmisi ilə görüşməzdi. Azərbaycan və Ermənistan arasında sülh prosesində ciddi irəliləyiş Pakistanı belə bir addım atmağa sövq edib".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə və Ermənistan arasında da danışıqlar davam edir:

"İstisna etmirəm ki, danışıqların davamı kimi diplomatik münasibətlərin bərpası məsələsi də gündəmə gələ bilər. Düşünürəm ki, bu, Azərbaycan üçün mənfi hal deyil. Düzdür, hələlik Ermənistanda səfirlik açmaq niyyətimiz yoxdur, o cümlədən erməni səfiri də qəbul etməyi düşünmürük. Çünki qarşılıqlı tanınma hələ baş verməyib. Ancaq İrəvanda Türkiyə səfirliyinin fəaliyyətə başlaması, Ermənistanda türk bayrağının dalğalanması müəyyən problemlərin həllində, sülh prosesində müsbət amil olardı. Bu, qarşılıqlı etimadın yaranması üçün pozitiv mərhələ olardı”.

Müsahibimiz qeyd edib ki, bu müstəvidə müzakirələr gedir. Dediyinə görə. eyni zamanda sərhəddə yüklər üçün yolun açılması və üçüncü ölkələrin vətəndaşlarının keçidinin təmin olunması məsələsi də müzakirə predmetidir:

“Təmaslar davam edir, ancaq düşünmürəm ki, yaxın günlərdə xüsusi nümayəndələr arasında baş tutacaq görüşdə bu məsələ elan olunsun".

Rasim Musabəyov: Ermənistanda türk bayrağının dalğalanması sülh prosesində müsbət amil olardı

Parlament üzvü vurğulayıb ki, şimal və cənub qonşularımız Zəngəzur dəhlizinin açılmasını istəmirlər:

"Paşinyan hökuməti isə bu istiqamətdə konkret addımlar atmağa meyillidir. ABŞ-dən şirkət nümayəndələri Ermənistana gələrək bu məsələni yerində öyrənəcək və hazırlıq işlərinə başlayacaqlar. Ermənistandan keçəcək dəmir yolunu bərpa etmək lazımdır, amma avtomobil yolu mövcuddur. Həmin yoldan istifadə etmək mümkündür. Naxçıvan istiqamətində 50-70 avtomobil indiki Ermənistan ərazisindən hərəkət edərək bir neçə saat ərzində ölkəmizin bu hissəsinə keçə bilərlər. Həmçinin, Ağbənddən maşın kolonu hərəkət edə bilər. Bu, çox müsbət təsir göstərərdi. Biz də Gorus-Qafan yolunu yenidən aça bilərik. Ermənistana məxsus avtomobillər də çətin relyefli ərazilərdən yox, məhz Gorus-Qafan yolundan rahat keçərlər. Qarşılılıq şəkildə bu addımları atmaq, nəqliyyat dəhlizini bərpa etmək mümkündür. Əlbəttə, böyük yüklərin daşınması üçün olmasa da, Naxçıvana gediş-gəliş üçün bunu təmin etmək olar. Camaatımız İrandan keçərək əziyyət çəkir, yol uzanır".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri