Helikopter qəzasında həlak olanlar Siemens şirkətinin baş direktoru və ailəsidir
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Siemens İspaniya və Cənub-Qərbi Avropa şirkətinin baş direktoru Aqustin Eskobar, həyat yoldaşı Merce Camprubi Montal və üç uşağı Nyu Yorkda Hudson çayı üzərində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.
Turkustan.az xəbər verir ki, bu barədə mənbələrə istinadən ABC News məlumat yayıb .
Faciə aprelin 11-i, helikopterin suya düşməsi nəticəsində baş verib. Eskobarın ailəsindən başqa, 36 yaşlı pilot da həlak olub. Telekanalın hüquq-mühafizə orqanlarındakı mənbələrindən verilən məlumata görə, mərhumun uşaqları 4, 5 və 11 yaşlarında olub.
Aqustin Eskobar 2022-ci ildən Siemens-in İspaniya bölməsinə rəhbərlik edirdi. O, enerji və avtomatlaşdırma sahələrində innovativ texnologiyaların tətbiqi ilə məşğul olub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 11 Aprel 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















