Icma.az
close
up
RU
Həm rahat, həm də sərfəli BakıBalakənBakı qatarının hansı üstünlükləri OLACAQ?

Həm rahat, həm də sərfəli BakıBalakənBakı qatarının hansı üstünlükləri OLACAQ?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xəbər verdiyimiz kimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya 8 saat 40 dəq).
 

MÖVZU İLƏ BAĞLI:
Balakənə gedən qatarlarda ödənişsiz “Wi-Fi” olacaq – RƏSMİ


Təbii ki, uzun fasilədən sonra Bakı-Balakən qatarının fəaliyyətinin bərpası müsbət haldır. Çünki, qatarla səyahət etmək həm rahat, həm də sərfəlidir. Nəzərə alaq ki, Bakı-Balakən-Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 manatdır. Standart+ üzrə qatarda qiymət 27, biznes sinif üzrə isə 72 manatdan başlayır.
Standart sinif üzrə qiymətlər kifayət qədər sərfəlidir.
Yəni istənilən şəxs cəmi 36 manat xərcləməklə Balakənə gedib qayıda bilər. Nəzərə alaq ki, standart sinif vaqonlarında sərnişinlərə pulsuz sevis göstərilir. Bu servisə səfər boyunca qazsız su, nəm və quru salfet, qulaq tıxacı, yataq dəsti və üstəgəl dəsmal daxildir. Üstəlik, bu reyslərə buraxılan qatarlar yeni nəsl qatarlardır. Və sərnişinlərə yüksək səviyyəli komfort vəd edilir.
Bundan əlavə qatarların gecə saatlarında hərəkət etməsi də əlavə üstünlük yaradır. Yəni gecə rahatlıqla yol gedən sərnişin səhər saatlarında mənzil başına çatır. Bu da imkan verir ki, həmin şəxs planlaşdırdığı işləri gün ərzində görüb, axşam geri dönə bilsin. Sərnişin rahatlığının təmin edilməsi məqsədilə Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda da pulsuz  “Wi-Fi” xidməti aktiv ediləcək.
Qatarlar Şəki, Qax Zaqatala, Balakən stansiyalarında dayanacaq. Həmin dayancaqlarda  avtomobilləri saxlamaq üçün parkinq yerləri də hazırlanıb.
Yeni marşrutun hansı üstünlükləri olacaq?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Elman Nəsirov deyib ki, bu gün sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də Bakı-Balakən-Bakı qatarının yeni ildən fəaliyyətə başlamasıdır:
“Bu marşrut üzrə hərəkət edəcək qatarda təklif olunan xidmətlərə və gediş haqlarına fərqli yanaşmalar var. Bəziləri bu qiymətləri avtobusların gediş haqları ilə müqayisə edirlər. Amma, unutmayaq ki, hər cür müqayisə qüsurludur. Üstəlik, dəmir yolu ilə səfərə çıxan sərnişinlərə xeyli sayda pulsuz xidmətlər göstəriləcək. Məsələn, çay, kofe, səhər yeməyi, “W-Fi” xidməti və s. pulsuz olacaq. Avtobusla və yaxud avtomobillə hərəkət edənlərə bu xidmətlər göstərilirmi?
Xeyr! Deməli, ümumi xidmətləri nəzərə alanda qiymətlər heç də baha deyil. Nəzərə alaq ki, dəmir yolunda sərnişindaşıma bir qayda olaraq zərərlə işləyir. Dəmir yolu əsasən yük daşımalarından qazanır. Ona görə də dövlətimiz bütün ziyanlara baxmayaraq əhalinin rahatlığı üçün bu imkanları yaradır”.
Müsahibimiz xatırladıb ki, Bakı-Balakən-Bakı qatarının hərəkəti pandemiya dövründə obyektiv səbəblərə görə dayandırılmışdı:
“Ötən dövr ərzində dünyada dəmiryolu ilə sərnişin daşımalarının qiyməti 110 faiz bahalaşıb. Son 5 ildə dizel yanacağının qiyməti 67 faiz, elektrik enerjisinin tarifində isə 22 faiz artım var. Yəni əksər aparıcı sahələrdə qiymət artımları baş verib.
Başqa bir məqama diqqət çəkmək istəyirəm ki, 2024-cü ildə ölkəmizdə minimum əmək haqqı 345 manat idisə, 2025-ci ildə bu rəqəm 400 manat olacaq. Yəni hər bir sahədə qiymət artımı var. Ona görə də ADY-nın təqdim etdiyi qiymətlər heç də yüksək deyil. Axı, burada komfort məsələsi də var. İmkanı olan daha komfortlu qatarlarda gedəcək. İmkanı olmayanlarsa 18 manata mənzil başına çatacaq. Halbuki, yol boyu bütün sərnişinlərə müxtəlif pulsuz xidmətlər də göstəriləcək. Bir məsələni də unutmayaq ki, bütün qiymətlər tələb və təklif əsasında formalaşır. Heç bir qiymət havadan və yaxud kiminsə istəyinə görə yox, məhz bazarın diqtəsi ilə yaranır”.
Elman Nəsirov sonda onu da qeyd edib ki, qatar ən təhlükəsiz və sərfəli nəqliyyat vasitələrindən biridir:
“Qatarla uzaq yola səfərə çıxan sərnişin rahat yataqdan, müxtəlif qidalardan faydalana, vaqonların dəhlizlərində gəzə bilir. Ən nəhayət, qatarın hərəkət cədvəli də maraqlı seçilib. Hər iki mənzil başına sərnişinlər səhər saatlarında çatacaq. Bu da əlavə rahatlıq deməkdir”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri