Icma.az
close
up
RU
HƏMAS dan gözlənilməz bəyanat: 4 şərt irəli sürüldü, bir istək var

HƏMAS dan gözlənilməz bəyanat: 4 şərt irəli sürüldü, bir istək var

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“The National” qəzeti HƏMAS-ın İsraillə münaqişənin hərtərəfli həlli və bütün israilli girovların azad edilməsi ilə bağlı geniş paketli danışıqlara daxil olmaq istədiyini yazıb.

Təşkilatın Siyasi Bürosunun sədri Xəlil əl-Hayya qrupun artıq qismən sazişlərlə kifayətlənmək niyyətində olmadığını söyləyib. Əl-Həyya HƏMAS-ın hüquqi baxımdan möhkəm əsaslara malik, son nəticəyə qədər davam edəcək danışıqlar tələb etdiyini bildirib. O əlavə edib ki, bu paketə müharibənin sona çatdırılması, bütün girovların azad edilməsi, məhbus mübadiləsi və Qəzzanın bərpası daxildir.

Beləliklə, HƏMAS-la İsrail arasında qarşıdurma sona çata və Qəzza zolağına sülh gələ bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Taleh Əliyev deyib ki, İsrail və Qəzzada münaqişənin bitməsinə çalışan beynəlxalq təşkilatlar, o cümlədən Qərb dövlətləri gələcək danışıqlar prosesində HƏMAS-ın iştirakını istəmirlər:

“Qəzzada quruculuq və idarəetmə mərhələsində HƏMAS-sız bir dövrün başlanması arzulanır. Buna görə də, terror təşkilatının əlində qalan azsaylı məhbuslar üzərindən belə genişmiqyaslı bazarlığa cəhd etməsi, mənasız danışıqlar imitasiyası həyata keçirməsi sanki məsuliyyəti öz üzərindən ataraq qarşı tərəfi sülh danışıqlarının aparılmamasında, girovların azad edilməməsində ittiham etmək cəhdindən başqa bir şey deyil.


Taleh Əliyev

Ötən müddət ərzində bu təşkilatın həyata keçirdiyi müdafiə xarakterli tədbirlər göstərdi ki, münaqişədən ən çox zərər çəkən fələstinlilərdir. Bölgənin və iqtisadiyyatın tamamilə dağıdılması, infrastrukturun məhv edilməsi, həmçinin on minlərlə fələstinli mülki əhalinin ölümündə məsuliyyət əsasən HƏMAS-ın üzərinə düşür. Bu təşkilatının 7 oktyabr tarixində həyata keçirdiyi terror aktı Qəzzaya böyük ziyan vurdu.

Mən elan edilən prosesin HƏMAS-İsrail münaqişəsini tezliklə sona çatdıracağını düşünmürəm. Çünki əsas məqsəd başqadır — HƏMAS-ı danışıqlardan kənarlaşdırmaq. Ona görə də, Qəzza zolağına sülhün gələcəyinə ümid etmək çətindir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri