HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: İşğal planını saxladıq, bundan sonra...
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
HƏMAS-ın ABŞ prezidenti Donald Trampın ultimatumuna boyun əyməsindən sonra israil Qəzzadakı bütün əməliyyatları dayandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu brədə İsrail ordusu məlumat yayyıb.
Bildirilib ki, İsrail hökumətindən orduya Qəzza şəhərinin işğalı əməliyyatını dayandırmaq göstərişi verilib: "Bundan sonra ordumuz yalnız lokal müdafiə xarakterli əməliyyatlarda iştirak edəcək"
İsrail Ordusu Radiosunun müxbiri Doron Kadoş isə sosial media hesabında yazıb: "Bu o deməkdir ki: Qəzza şəhərinin işğalı əməliyyatı hələlik dayandırılıb”.
İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayaraq, ordu rəhbərliyinin son hadisələrlə bağlı toplantısı keçirdiyi açıqlanıb.
Toplantıda siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İsrail Baş Qərargah rəisi Eyal Zamir orduya girovları azad etmək üçün Tramp planının birinci mərhələsinin həyata keçirilməsinə hazırlaşmağı tapşırıb. Lakin bu hazırlıqlarla bağlı heç bir təfərrüat verilməyib.
Xatırladaaq ki, Tarmp HƏMAS-a oktyabrın 6-sı, gecə saat 2-dək vaxt vermişdi: "bu vaxtadək ya razılaşmanı qəbul et, ya da öl”. Bundan bir neçə saat sonra isə HƏMAS tələbi qəbul etdiyi barədə açıqlama yayıb.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 04 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















