HƏMAS girovların azad olunması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması müqabilində onun nəzarətində olan bütün israilli girovların azad olunması ilə bağlı danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.
APA "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə təşkilatın Qəzzadakı liderlərindən biri Xəlil əl-Heyya bildirib.
“Bizdə olan bütün girovların, eləcə də İsrail həbsxanalarında olan razılaşdırılmış sayda fələstinlinin azad olunması ilə nəticələnəcək danışıqlara dərhal başlamağa hazırıq. Əvəzində biz xalqımıza qarşı müharibənin tam dayandırılmasını, bütün İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını, bölgənin bərpasına başlanmasını və blokadanın götürülməsini tələb edirik”, – deyə əl-Heyya vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Aprel 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















