Icma.az
close
up
RU
HƏMAS Hizbullah Əsəddən sonra zənciri kim tamamlayacaq?

HƏMAS Hizbullah Əsəddən sonra zənciri kim tamamlayacaq?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriya Ərəb Respublikasında "ərəb baharı" inqilabı yarımçıq qaldığı yerdən davam etdi. Noyabrın 27-də başlayan hərəkat dekabrın 7-də Bəşər Əsədin istefası ilə başa çatdı. 2011-ci ildən 2024-cü ilədək bu ölkə kimləri yola salmadı - region üçün ən böyük bəla sayılan İŞİD qruplaşmasını, müxtəlif siyasi-hərbi birləşmələri və sonuncu Bəşər Əsədi. Onunla birlikdə bir sıra ölkələrin maraqları da bu ölkədən ya çıxarıldı, ya da təsiri zəiflədi.

Bəs Bəşər Əsəd niyə getdi? O, 2000-ci il iyulun 17-də atası Hafiz Əsəd öləndən sonra Suriya prezidenti olub. ABŞ başda olmaqla Qərb ona ölkədə islahatlar aparmağı təklif etdi. Bəşər Əsəd dəfələrlə Türkiyəyə dəvət olundu. Bunlar onun atası Hafiz Əsədin siyasi kursundan əl çəkib, Qərblə yaxınlaşmasına, islahat aparmasına cəhdlər idi.

Hətta ABŞ Prezidenti Barak Obama hakimiyyətə gəldikdən sonra Vaşinqtonla Dəməşqin yaxınlaşması üçün addımlar atdı. Çünki 2005-ci ildə iki ölkə arasında diplomatik münasibətlər faktiki olaraq kəsilmişdi. Robert Fordun Suriyaya səfir təyin edilməsi münasibətlərin yenidən qurulmasına səy sayılırdı.

Ancaq Bəşər Əsədin hökumətə qarşı olan qüvvələrə təzyiq göstərməsi Dəməşqlə Vaşinqton arasında münasibətləri yenidən pozdu.

O, Rusiya və İranı seçdi. Bununla da Qərbə qarşı mövqeyini nümayiş etdirdi. Tehran və Moskvadan hərbi yardımlar almaqla müxalifəti tutduqları ərazilərdən çıxarmağa nail oldu. Ancaq PKK/YPG-PYD terror qruplaşmasının nəzarəti altında olan ərazilərə girə bilmədi. Bundan başqa milyonlarla suriyalı ölkəni tərk etdi. B.Əsəd ölkənin bir hissəsinə nəzarət edirdi.

Onun idarə etdiyi Suriya bu vəziyyəti ilə region üçün təhlükə mənbəyinə çevrilmişdi. İran ölkədə dini-siyasi ideoloji və hərbi baza yaratmışdı. Rusiya SƏR-də mövqelərini gücləndirmişdi. Türkiyənin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi təhdid olunurdu.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İran Suriya ərazisindən yəhudi dövlətinin təhlükəsizliyini təhdid etməyə başladı. Tehran oradan Livandakı "Hizbullah" qruplaşmasına hərbi texnika və döyüş sursatları ilə yardımlar edib.

Misir, Liviya, Tunis, Yəməndən sonra Suriyada da hakimiyyət dəyişdi. Bu ölkələrdəki rejimlər hadisələrədək demokratik yolla seçildiklərini iddia edirdilər. Ancaq hər biri səlahiyyətlərindən istifadə edərək uzun illər hakimiyyətdə qalmışdılar. Həmin ölkələrdəki sosial-siyasi vəziyyət və başqa amillərin yaratdığı şərait "ərəb bahar"ının baş verməsinə, diktatorların istefasına səbəb olmuşdu.

Oxşar hadisə 13 il əvvəl Suriyada da baş verməli idi, ancaq Əsədin İran və Rusiyanı dəstəkləməsi onun hakimiyyətinin uzanmasına səbəb olmuşdu.

Suriyada dekabrın 8-də baş verən hadisə Yaxın Şərqdə yeni şəraitin yaranmasına gətirib çıxara bilər.

Qəzza zolağında HƏMAS-ın, Livanda "Hizbullah"ın ən yaxşı halda zəifləməsi Suriyada yeniliyə yol açıb. Hər üç ölkədən İran hakimiyyətinə məxsus qüvvələrin sıxışdırılması və çıxarılması regionda ziddiyyətli qüvvələrin azalması ilə nəticələnir.

Bu, Fələstin, Livan və Suriyanın yenidən qurulması, həm də Yaxın Şərqə sabitlik və əmin-amanlığın gəlməsi üçün ümidləri artırır.

Belə ehtimal etmək olar ki, ən vacib məsələlərdən biri humanitar fəlakətlərin aradan qalxması, milyonlarla məcburi qaçqının öz evinə qayıtması üçün şərait yaranar.

Suriyada xarici güclərin xüsusi ilə Rusiya, İran, Türkiyə, ABŞ başda olmaqla Qərb blokunun, körfəzdəki ərəb ölkələrinin, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanının müdaxiləsi ilə qarşıdurma müharibənin miqyası və coğrafiyasının genişlənməsi üçün əsas ola bilərdi. Bunu bəzən kiçik dünya savaşı da adlandırırlar.

Deməli, HƏMAS-la başlayan müharibə Bəşər Əsədin istefası ilə başa çatdı.

Bu savaşda ən çox ziyan çəkib, məyus olan Tehran hakimiyyətidir. Çünki bununla İsrailə təzyiq və onu təhdid etmək üçün əsas mövqelərdən məhrum olur. Bu məyusluğu ört-basır etmək məqsədilə İran KİV "Rəhbər (Seyid Əli Xameneini nəzərdə tuturlar - red.) Əsədə xəbərdarlıq etmiş" kimi fikirləri irəli sürürlər. İran hakimiyyəti Suriyadakı dini-siyasi ideoloji bazasından da bu yolla məhrum olub. Tehran hakimiyyəti bu məktəb vasitəsilə Xomeyninin "islam inqilabı doktrinasının" yayılmasında istifadə edirdi. Bu, Qumdan sonra İranın başlıca mərkəzi sayılırdı.

Ehtimal edilir ki, son zamanlar xüsusən, bu ilin yayından Tehran Bəşər Əsədə ona qoşularaq İsrailə qarşı açıq vuruşmağı təklif edib. Ancaq Dəməşq rejiminin başçısı buna razılıq verməyib.

Son hadisələrdə İranın briqada generalı Haşiminin müxalifətlə silahlı qarşıdurmada ölməsi Tehranın Bəşər Əsəd rejimini cidd-cəhdlə müdafiə etdiyinə örnəkdir. İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı isə son günədək onu bütün istiqamətlərdə müdafiə edəcəklərini bildirmişdi. O, dekabrın 7-də Doha forumu çərçivəsində Rusiya və Türkiyədən olan həmkarları ilə görüşdən öncə belə açıqlama ilə çıxış etmişdi.

Dekabrın 8-də Bəşər Əsəd rejiminin süqutu göstərir ki, İran bəzi məsələlərdən xəbərsiz olub. Yaxud onu oyundan kənarda saxlayıblar. Əraqçınin sözlərinə görə, Əsəd onlardan yardım istəməyib. Bu isə Dəməşqdəki rejim başçısının Rusiyanın vasitəçiliyi ilə İsrail arasında müəyyən anlaşmanın olduğuna dair yayılan xəbərləri təsdiqləyir.

Tehran əvvəllər "terrorçu" adlandırdığı müxalifətlə indi dialoqa hazır olduğunu açıqlayır.

ABŞ, Avropa İttifaqı, Türkiyə Suriyada baş verən dəyişikliyi alqışlayıb.

İndi əsas məsələ Suriyanın gələcəyi, Misir, Yəmən, İraq və Liviyadakı hadisələrin bu ölkədə təkrarlanıb, təkrarlanmamasıdır. Misirdə Məhəmməd Mursi Prezident seçildikdən sonra vəziyyət iki ilə yaxın qarışıq oldu. Ancaq general Sisinin hakimiyyətə gətirilməsi ilə ölkədə sabitliyin təmininə nail olunub. Liviyada isə hələlik bunu söyləmək olmur. İraqda da tam sabitlikdən danışmaq hələ tezdir. Çünki bu ölkədə İranın nəzarəti altında olan "müqavimət qüvvələri", Həşdi-Şəbi kimi silahlı qruplaşma fəaliyyət göstərir. Bundan başqa PKK terror qruplaşmasının qolları da İraqda sabitliyi, təhlükəsizliyi və ölkənin ərazi bütövlüyünü təhdid edir.

BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən, Suriyada müvəqqəti keçid hökuməti yaranmalıdır.

Yeri gəlmişkən, Suriyanın keçid hökumətinə keçmiş baş nazir Riyad Fərid Hicabın başçılıq edəcəyi gözlənilir. O, 2012-ci il iyunun 23-dən avqustun 6-dək hökumətə başçılıq edib. Həmin il istefa verdikdən sonra ailəsi ilə birlikdə İordaniyaya sığınıb. Hicab Suriya müxalifət qüvvələri arasında ən yüksək vəzifəni daşıyıb. Suriya müxalifətinin lideri Hadi əl-Bəhrə deyib ki, hakimiyyət dəyişikliyindən sonra keçid dövrü 18 ay olacaq: "Suriya müxalifətinin rəhbərlik etdiyi idarəetmə orqanı yeni konstitusiyanın hazırlanması üçün altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü üçün nəzərdə tutulub". Riyad Hicab 1966-cı ildə Suriyanın Deyr-əz Zor əyalətində sünni ailəsində anadan olub.

Onun rəhbərlik etdiyi müxalifət koalisiyası daha da genişləndiriləcək və yeni konstitusiya ratifikasiya olunana qədər ölkəni keçid hökuməti idarə edəcək.

Hadi əl-Bəhr "Hədəf - bölünmüş deyil, vahid Suriyadır", - deyə vurğulayıb. Müxalifət lideri hesab edir ki, "Heyət Təhrir əş-Şam"ın (HTŞ) ideologiyası və fəaliyyət metodunun da dəyişib. O, Bəşər Əsədin Bəəs Partiyasını buraxmaq niyyətində olmadıqlarını, onun normal siyasi fəaliyyətə transformasiya etmək niyyətini qeyd edib: "Biz onları buraxsaq, onları təcrid etmiş olarıq. Təcrid edilsələr, ekstremistə çevriləcəklər". O, Suriyanın daxili işinə Əsədin müttəfiqləri - Rusiya və İranın müdaxiləsinin məhdudlaşdırılacağını da bildirib.

Müxalifət liderinin çıxışından da göründüyü kimi, Suriyada yeni dövlət quruluşlarının yaranması mümkünsüzdür. Bu, qonşu dövlətləri, o cümlədən Türkiyəni qane etsə də, PKK qruplaşmasını və onun qollarını qane etməyəcək. Bu, Suriyada vəziyyətin yenidən qarışmasına səbəb ola bilər.

Oxşar hadisə vaxtı ilə İraqın da ərazisini təhdid edirdi. Ancaq şimalda özünü idarə etmə hökumətinin yaradılması ilə vəziyyətdən çıxış yolu tapılıb.

Hadi əl-Bəhrə 1959-cu il fevralın 13-də doğulub. ABŞ-də Uiçito Universitetində sənaye mühəndisi fakültəsini bitirib. 1983-1987-ci illərdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Erfan və Baqedo ümumi xəstəxanalarında icraçı direktor, 1987-2003-sü illərdə isə "Horizon of Commercial Development Co." şirkətində baş direktor olub.

Bəziləri elə düşünürdü ki, Əsəd getsə, Suriya lidersiz qalacaq. Ancaq hadisələr bu düşüncənin yanlış olduğunu təsdiqləyir. İctimaiyyət üçün "HTŞ sürprizi" olduğu kimi, bu ölkəni idarə edilməsi üçün də yeni liderlər var.

Suriya hadisələri Yaxın Şərqin siyasi mənzərəsini dəyişmək üçün regional və qlobal miqyasda yeni fürsətdir. Bu hadisələr İranın da dəyişməsi üçün stimul ola bilər. Çünki regionda sıxışdırılan daha çox onun maraqlarıdır. Yoxsa HƏMAS-"Hizbullah"-Bəşər Əsəd zəncirini o tamamlayacaq....

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see350

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see184

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see140

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see138

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see132

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see131

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see128

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see123

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see122

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see119

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see117

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see117

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see116

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

31 Avqust 2025 19:39see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri