HƏMAS ın əlindəki israilli girovlardan biri qaçıb KİV
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında saxladığı girovlardan biri qaçıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, girov Qəzzadan qaçaraq İsrail ordusuna çatıb.
Digər tərəfdən, İsrail ordusu da Qəzzanın cənubunda girovlardan birinin xilas edildiyini təsdiqləyib. Belə ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda xilasetmə əməliyyatı zamanı Fələstinin HƏMAS hərəkatının girov saxladığı şəxslərdən birinin xilas edildiyini bəyan edib.
“IDF və Şin Bet tərəfindən həyata keçirilən əməliyyat zamanı oktyabrın 7-də Qəzza zolağında HƏMAS terror təşkilatı tərəfindən qaçırılan Rahat şəhərindən olan Fərhan Əl-Qadi bu gün xilas edilib”, - deyə ordunun məlumatında qeyd edilib.
Bildirilir ki, xilas edilən şəxsin vəziyyəti normaldır, o, növbəti tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:İsrailli girovlardan ölən var? HƏMAS əlaqənin itdiyini deyir
16 Aprel 2025 00:35
Trampın əlindəki Arktika kozırı
23 Dekabr 2024 11:16
KİV: HƏMAS İsrailli girovların yarısını buraxmağa razılaşıb
18 Avqust 2025 20:49
Əlindəki oyuncaqla 60 min oğurladı
19 Fevral 2025 05:27
Trampın əlindəki ləkə nədir? FOTO
27 Fevral 2025 15:14
Baxış sayı:128
Bu xəbər 22 May 2025 05:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















