HƏMAS ın İsrailə raket zərbələri endirməsinə cavab olaraq İDF Qəzzada əməliyyatları genişləndirib
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
HƏMAS-ın İsrailə raket zərbələri endirməsinə cavab olaraq İDF Qəzzada əməliyyatları genişləndirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) və “The Times of Israel”xəbər verib.
İsrail Müdafiə Nazirliyi bildirib ki, bazar günü axşam, Laçiş bölgəsində (ölkənin cənub-mərkəzi hissəsində) "Qəzzanın mərkəzi hissəsindən İsrail ərazisinə keçən 10-a yaxın mərmi atılıb".
İDF-nin məlumatına görə, yaraqlılar Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Balahdan raket zərbələri endirib və Aşdod bölgəsini (İsrailin Aralıq dənizi sahilində yerləşən 207 min əhalisi olan şəhər və liman) vurublar.
İsrail mətbuatı mərmilərin dağıntılara və bir nəfərin yaralanmasına səbəb olduğunu bəyan edib.
İsrail ordusu buna Qəzza zolağında hücumu "genişləndirməklə" cavab verib.
İsrail mediası Qəzza zolağından atılan raketin Aşkelonda düşdüyü yerdə təhlükəsizlik və xilasetmə qüvvələrinin çalışdığını bildirir.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 07 Aprel 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















