HƏMAS ın orada heç bir siyasi gələcəyi görünmür: İsrail Qəzzanı tam nəzarətə götürmək istəyir
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
HƏMAS rəhbərliyi münaqişənin və Qəzzada blokadanın davam etdiyi müddətdə atəşkəslə bağlı İsraillə danışıqları davam etdirməyi mənasız adlandırıb. Bunu HƏMAS-ın siyasi bürosunun üzvü Basem Naim deyib.
B.Naim vurğulayıb ki, hazırda Qəzzada ölüm-dirim müharibəsi gedir və belə olan halda danışıqlar aparmaq və yeni təklifləri nəzərdən keçirmək mənasızdır.
Politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, yaranan vəziyyət İsrailin məqsədlərinə nəyin bahasına olur olsun çatmaq istədiyini göstərir:

“Əsas məqsəd isə HƏMAS-ı tamamilə siyasi səhnədən silməkdən ibarətdir. Eyni zamanda Qəzza üzərində tam nəzarəti öz üzərlərinə götürmək istəyirlər. Hətta İsrail rəsmilərinin fikrincə desək Qəzzanı işğal etmək niyyətindədirlər. Belə olan halda HƏMAS-ın orada heç bir siyasi gələcəyi görünmür. Fikir ayrılıqlarını və tərəflərin barışmaz mövqeyini nəzərə alsaq görərik ki, belə vəziyyətdə danışıqlar aparmaq əbəsdir. İsrail Həmasdan tələb edir ki, silahları yerə qoyaraq mövqeylərdən çəkilsin. Müəyyən müqavilə əsasında İsrail yerdə qalan döyüşçülərin sağ qalmasına imkan verə bilər. HƏMAS isə bu halda heç bir razılaşmaya getmir. Amerika, Misir və Qətər vasitəçi missiyasından əl çəkiblər. Ona görə də tərəflər mübarizəni davam etdirəcəklər, lakin müharibənin dayandırılmasına Qəzzada yaşayanların acınacaqlı durumu səbəb olar. Yəni beynəlxalq ictimaiyyətin zor gücünə baş tutar ki, bu da İsraillə üz-üzə dayanmaq deməkdir. Hesab edirəm ki, heç kəs İsraillə mübarizəyə heç kəs getməyəcək və vəziyyət daha da gərginləşəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 06 May 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















