Icma.az
close
up
RU
HƏMAS İsrail sülhü davamlı olacaqmı?

HƏMAS İsrail sülhü davamlı olacaqmı?

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Nurlan UMUDOV
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantı
Son günlərin gündəm mövzusu olan və dünya liderlərini yenidən bir araya gətirən sülh danışıqları ilkin mərhələdə öz bəhrəsini verdi. 2023-cü ilin oktyabr ayından başlayan və 2 ildir davam edən müharibə, ABŞ və digər dövlətlərin ciddi səyləri və fəaliyyətləri nəticəsində sona çatdırıldı və tərəflər arasında sülhlə bağlı razılaşma əldə olundu.
Sülh danışıqları Qəzzada yaşayan və müharibədən ən çox əziyyət çəkən Fələstin xalqı üçün bayrama bərabər hadisədir. 70 minə yaxın mülki şəxsin ölümü, minlərlə şəxsin əsir və girov düşməsi, Qəzza şəhərinin tamamilə dağıdılması ilə nəticələnən müharibə başa çatdırıldı. Lakin burada əsas suallardan biri hələ də tam cavabını almayıb. Bu sülh davamlı olacaqmı? Yoxsa bir müddət sonra davam edəcək?
Hazırki mərhələdə müharibənin yenidən başlayacağı gözlənilmir, çünki hər iki tərəf müharibədən ağır zərbələr alıb və özünübərpa üçün xeyli müddət lazımdır. Qəzzada yaşayan mülki əhalinin geri qayıtması, dağılmış şəhərin bərpası, əhalinin normal yaşayışı üçün görüləcək işlər xeyli zaman alacaq.
Digər tərəfdən, HƏMAS-ın nə qədər mövcud olacağı sual altındadır. Əsas dəstəkçiləri olan Hizbullah və İranın son zamanlar ağır zərbələr alması, İranın iyun döyüşlərindən sonra əsas diqqətini özünü gücləndirməyə verməsi, Hizbullahın zəiflədilməsi işlərinin davam etməsi HƏMAS-ın yaxın bir neçə ildə yenidən güclənməsinə mane olacaq. Bu da Qəzza zolağında yaxın müddət ərzində yeni münaqişə yaratmaqlarına imkan verməyəcək. Bunlar fələstinlilər tərəfindən münaqişənin yenidən alovlandırılmayacağına təkan verən amillərdir.
İsrail amilini də qiymətləndirmək lazımdır. HƏMAS kimi İsrailin də yaxın müddət ərzində yenidən münaqişəyə başlamaq ehtimalının aşağı səviyyədə olduğunu dəyərləndirmək olar. İki illik müharibədə İsrail də böyük itkilər verib. Xüsusən də, hərbi cəhətdən böyük ehtiyatlarını sərf edib. Eyni zamanda yayda İrana hərbi müdaxilə və əks-hücumdan müdafiə vacib resursların azalmasına səbəb olub. Bu da İsrail üçün həmin itkilərin bərpasını tələb edir. Bərpa işlərinə görə isə xeyli vaxt və büdcə lazımdır.
İsrailin müdafiəsi üçün, ABŞ da ciddi şəkildə müdafiə resurslarından istifadə edib və onlar da bu istiqamətdə bərpa işləri aparmalıdırlar. Bunlar da, sülhün davam etməsinə zaman qazandırır.
İsraillə bağlı digər bir məsələ beynəlxalq arenada son zamanlar aldığı ciddi təzyiqlər idi. Bir sıra Avropa dövlətləri başda olmaqla, dünyanın bir çox dövləti açıq və sərt şəkildə İsrailə qarşı təzyiq göstərməyə başlamışdılar ki, bunun sülh danışıqlarında böyük rolu olmuşdur. Böyük Britaniya, Kanada, Portuqaliya və digər dövlətlərin Fələstini müstəqil dövlət kimi tanıması, İsrailə məxsus mülklərin, ticarət və logistika vasitələrini müsadirə etməsi, qadağaların qoyulması İsrail üçün ciddi problemlər yaratdı. Belə bir təzyiq altında ABŞ-nın da açıq dəstəyi müəyyən qədər zəiflədi və sülh danışıqlarında əsas tərəf kimi çıxış edən aktora çevrilməsinə səbəb oldu.
Beləliklə, beynəlxalq sistemin İsraili sıxışdırması və təzyiq göstərməsi İsrailin münaqişəni sona çatdırmasına səbəb olan vacib amillərdən biri oldu. Sözsüz ki, bu təsir qüvvəsi yaxın gələcəkdə İsrailin yenidən münaqişəni başlatmasına mane olacaqdır. Ancaq bütün bu maneələrin davamlı olmayacağı məlumdur.
Nəticə olaraq belə bir qənaətə gəlmək olar ki, yaxın gələcək Qəzza zolağı üçün sülhü və əmin-amanlığı ehtiva edəcək. Ancaq bu sülhün daimi olması üçün hazırki fəaliyyətlərdən daha çoxuna ehtiyac var. İki xalq arasında mövcud olan tarixi qanlı münaqişə bu şərtlər altında ömürlük başa çatmayacaq. Hər yeni bir gərginlik fonunda münaqişə yenidən alovlana və müharibə formasına keçid edə bilər. Bu isə bu gün regionda mövcud olan sülh quruculuğuna növbəti zərbəsini vuracaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:434
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri