HƏMAS İsrailin nəzarətində olan ərazilərdən silahlıların təxliyəsi üçün danışıqlar aparır
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fələstinin HƏMAS Hərəkatı vasitəçilərlə Qəzza zolağının İsrailin nəzarətində olan ərazilərində qalan silahlılarının təxliyə imkanlarını müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” televiziyası mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, söhbət hərəkətin hərbi qanadına daxil olan “İzzəddin əl-Qəssam” Briqadasının bir neçə döyüşçüsündən gedir. Onlar zolağın cənubunda - Rəfah və Xan-Yunisdəki tunellərdə yerləşiblər. Qrup üzvləri İsraildə öldürülmüş şəxslərin cəsədlərini axtarma əməliyyatlarında iştirak ediblər.
Bazar günü İsrail Baş naziri Binyamin Netanyahu kabinet iclasında bildirib ki, Qəzza zolağının nəzarət olunan ərazilərində HƏMAS yaraqlıları qalır və onlar məhv ediləcək.
Oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının ilk mərhələsini həyata keçirmək barədə razılığa gəlib. Trampın planına əsasən, Qəzzada atəşkəs 10 oktyabrda qüvvəyə minib.
HƏMAS 20 israilli girovu azad edib və 4 öldürülmüş girovun cəsədini təhvil verib. İsrail hakimiyyəti onların 28 cəsəddən yalnız 4-nü qaytarmasına etirazını bildirib. Sonrakı günlərdə HƏMAS İsrailə əlavə bir neçə cəsəd verib. HƏMAS indiyə qədər Qəzzada İsrailə 20 girovun cəsədini qaytarıb və hələ 8 oğurlanmış şəxsin cəsədini saxlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 03 Noyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















