HƏMAS İsraillə müqaviləni buna görə imzalayıb Tramp izi...
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp HƏMAS-a İsrailin atəşkəsi pozmayacağına dair zəmanət verib. Bu isə hərəkatı yəhudi dövləti ilə razılığa gəlməyə və atəşkəs imzalamağa inandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ prezidenti müxtəlif həmsöhbətlərinə ən azı üç dəfə zəng edib. O, sövdələşməyə öz əminliyini bildirib. Trampın zəmanətinin bir hissəsini atəşkəs rejiminə nəzarət etmək üçün ABŞ-ın rəhbərliyi ilə hərbi əməliyyat qrupunun yaradılması əhatə edir. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisinin sözlərinə görə, bu mexanizm zəmanətlərə inamı gücləndirəcək, sövdələşmənin razılaşdırılmış şərtlərə uyğun həyata keçirilməsini təmin edəcək.
İlkin məlumatlara görə, Misir, Qətər, Türkiyə və BƏƏ-dən olan hərbçilərin qatıldığı bu xüsusi qrupda təxminən 200 ABŞ əsgər və zabiti iştirak edəcək.
Başqa bir ABŞ rəsmisi bildirib ki, HƏMAS müqaviləni gələcək danışıqlar üçün məsuliyyət yaratdığına görə imzalayıb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 Oktyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















